Milli.Az-ın məlumatına görə, Marja.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 01.01.2015-ci il tarixinə əhalinin banklarda əmanətləri 7 milyard 188,3 milyon manat təşkil edib. Bu, 2014-cü ilin eyni tarixi ilə müqayisədə 791,5 milyon manat və ya 12,4% çoxdur.Banklarda əhalinin əmanətlərinin həcmi ötən ilin yanvarında 55,6 milyon manat, fevralında 140,3 milyon manat, martında 64,6 milyon manat artıb, aprelində isə 86,4 milyon manat azalıb. Sonrakı aylarda artım yenidən bərpa olunan əmanətlər mayda 73,1 milyon manat, iyunda 77,6 milyon manat, İyulda 219,4 milyon manat, Avqustda 52,8 milyon manat artıb. Sentyabrda isə 33,1 milyon manatlıq azalma baş verib. Yenidən əmanətlər artmağa başlayaraq oktyabrda 45,7 milyon manat, noyabrda 81 milyon manat, dekabrda isə 101,9 milyon manat artmışdır.
Müqayisə üçün qeyd edək ki, 2013-cü il ərzində banklarda əhalinin əmanətləri 1 milyard 282,4 milyon manat artıb. 2014-cü il ərzindəki artım (791,5 milyon manat) 2013-cü illə müqayisədə 1,62 dəfə azdır. Banklarda əhalinin əmanətləri 2012-ci ildə 993,6 milyon manat, 2011-ci ildə isə 1 milyard 90 milyon manat artmışdı. Yəni, 2014-cü ildəki artım 2011 və 2012-ci illərdəkindən belə azdır.
Qeyd edək ki, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, ötən ilin May ayının 19-dan isə 10%-dən 9%-ə endirməsi ilə əlaqədar olaraq əhalinin əmanətlərinin dinamikası azalıb. Həmçinin, keçən il Mərkəzi Bankın İdarə Heyətinin qərarları ilə uçot dərəcəsi mərhələli şəkildə 4.75%-dən 3.5%-ə endirilmişdir. Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 3 MAY
Timatinin oğlu İLK DƏFƏ - FOTO
Avtoşların işi çətinləşir: yeni cəzalar
Tito Vilanova "Barselona"ya qayıdacaq
Şamla şəkil çəkmə üsulu
İlham Əliyev: "Hər iki tərəfdən günahsız insanlar ölür"
Paxla salatı (foto-resept)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
Təmizlik əvəzinə...
Hər şeyin çoxu ziyandır
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Qar və buz festivalı
2019 Bahar Trendləri
Azərbaycanda pulsuz internet olacaq?
Yeni il tortları
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Bayramda neçə gün iş olmayacaq?
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - FOTO
Qısa Saç Modelləri 2012ci il Trendi
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Hər qadının qarderobunda olmalı ayaqqabılar
Sibel Can pəhrizi ile 2 aya 10 kilo
Qara sarımsağın inanılmaz faydaları
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Kənan yeni ev axtarışındadır - FOTO
Notr-Dam kilsəsinin sirli tarixi
Günün ulduz falı
Fərdi kompüter satışları azalır
Ağsu aşırımında təhlükə
Kəmərlə cazibədar görünə bilərsiniz
Bu günün tarixi (07.09.2015)
Şahzadə tənqid olundu-SƏBƏB
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Xəyallarını de, düşüncələrini göstərim
Sarımsaq deyib qaçmayın
İlham Əliyev: “Paşinyan bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı”
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
Doğulmamış körpəni əməliyyat etdilər-QEYRİ-ADİ ƏMƏLİYYAT-FOTO
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir
Könüllü müraciət edənlərin sayı 8500-ə çatdı
Evdə yetişdirmək üçün şəfalı bitkilər
Peşman olmayan insanların xüsusiyyətləri
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 3 Dekabr
Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
Prezidentdən əfv sərəncamı
Bu ərazilərdə qaz olmayacaq
Asan salat (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
- ŞƏRHLƏR