İşlə, işlə, işlə!!! 10 gün sonra başqaları sənin bədənini görüb paxıllıqdan çatlayacaqlar!
Yalnız belə düşünənlər 10 gün sonra məşqi də atırlar, depressiyaya da düşürlər, çünki ümidləri doğrulmur. Niyə? Çünki onlar məşqlər barədə yayılan miflərin qurbanlarıdır.
Milli.Az Rusiya mətbuatına istinadən bu cür miflərin onluğunu diqqətinizə çatdırır.
1. Kök adamlar arıqlara nisbətən daha çox məşq etməlidirlər.
Əslində isə kiloqramlar məşqlərin uzunluğu və intensivliyi üçün meyar deyil. Adam nə qədər kökdürsə, bir o qədər çox kalori itirir. Məsələn, 55 kq çəkisi olan velosipedçi dəqiqədə 5 kkal, 110 kq olan adam isə dəqiqədə 10 kkal itirir.
2. Piy qatı uzunmüddətli kardioməşqlər zamanı "yanır".
Əslində isə intervallı məşqlər daha faydalıdır. Onların əsasında gərginliyin dəyişməsi, növbələnməsi durur. Məsələn, 3-5 dəqiqə sürətli templə məşq edir, sonra rahatlanırsınız. Vaxt az gedir, iş əmsalı isə eyni olur. Güc təmrinlərini də siyahıdan silmək olmaz - onlar maddələr mübadiləsini yaxşılaşdırır.
3. Əgər qonaqlıqda bir az artıq yemisinizsə, növbəti məşqdə 20 dəqiqə də artıq aerobika etməlisiniz.
Olmaz! Belə etsəniz, aerobika məşqinin vaxtı uzanacaq. Yaxşı olar ki, məşqin uzunluğuna yox, intensivliyinə diqqət ayırasınız.
4. Yüksək intensivli məşqləri səhərlər etmək lazımdır.
Doğrusu - hər şey sizdən asılıdr. Məsələn, "bayquşlar" səhərin gözü açılmamış durub bir saat özlərinə əziyyət verməzlər. "Torağaylar" isə axşama doğru yorulurlar və həvəsləri itir. Ona görə də məşqlərin vaxtını daxili saatlarınızla tənzimləsəniz, daha yaxşı olar.
Ümumiyyətlə, idmanla aktiv məşğul olmağın optimal vaxtı saat 14-lə 18 arasıdır. Səhər çağı və yuxudan əvvəl orqanizminizi yormağa dəyməz.
5. İstənilən kostyumda məşq etmək olar, əsas odur, büstü yaxşı saxlasın.
Əsla belə deyil. Sıx geyim sinənin sallanması və ya dəridə dartılmaların yaranmasının qarşısını alır, lakin bunun üçün ənənəvi geyim (büstqalter) yaramır. İdeal variant "nəfəs alan" materialdan formanı əla saxlayan idman topudur.
6. Doğuşdan sonra orqanizmin bərpasına nə qədər tez başlasan, o qədər yaxşıdır.
Əslində isə ilk iki ay aşağı və orta intensivlikli məşqlər etmək lazımdır (yəni ürək yığılması dəqiqədə 120 zərbəni keçməməlidir). Məşqləri tədricən artırmaq lazımdır. Adət etdiyiniz normaya çatmaq üçün yarım il də tələb oluna bilər, heç bir eybi yoxdur.
7. Arıqlamaq üçün düzgün həblər seçsən, idmanla məşğul olmağa gərək qalmaz.
Belə deyil. Qəfil arıqlamaq ciddi problemlər, eyni zamanda orqanizmdə hormonal dəyişiklik yaradır. Bundan başqa, həmin dərmanlardan istifadə zamanı əzələ kütləsinin 60, piy kütləsinin isə 40%-ni itirirsiniz. Yəni, ağılla arıqlamaq lazımdır.
8. Kardiotrenajorda məşq edərkən hiss etdiklərinə daha çox inanmalısan.
Əslində hisslər adamı yanılda bilər. Adam özünə deyil, monitorda əks olunan ürək ritmlərinə inanmalıdır. Yalnız bu halda sağlamlığına zərər yetirmədən dözümünü artıra və artıq çəkini ata bilərsən. Fiziki gərginlik maksimal həddinizin 50-75%-ni təşkil etməlidir.
9. Aerobikaya nə qədər çox vaxt ayırsan, bir o qədər yaxşıdır.
Aerobika həqiqətən piy qatını əridir. Yalnız alimlər diqqət yetiriblər ki, 1 saat aerobika ilə məşğul olduqdan sonra orqanizm artıq əzələ toxumasına köklənir, yəni piy əvəzinə zülal aminturşuları yanmağa başlayır. Odur ki, əzələləriniz formasını itirməsin deyə aerobikaya 45 dəqiqədən çox vaxt ayırmayın.
10. Acqarına məşq eləsən, daha çox arıqlayarsan.
Tərsinədir! Birincisi, bu, gücünüzün tükənməsinə səbəb olacaq, məşqlərinizin də effekti itəcək. İkincisi, məşqdən sonra həddən artıq kalorili qida qəbul etmək istəyəcəksiniz. O zaman məşqin də bir xeyri olmayacaq.
Sağlam olun!
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR