Deyirlər ki, axirətin yaxınlaşmasının əlamətlərindən biri də halalın haramdan ayırd edilməyəcək dərəcədə qarışmasıdır. Bu gün nəyin halal, nəyin haram olduğunu bilirikmi?
Jelatindən istifadə edərək əldə edilən marmelad kimi dadlı qidaların haram olduğunu araşdırdıqdan sonra (http://qadin.net/index.php?newsid=25592) növbə çatdı pendir və kəsmiyə.
Əvvəlcə, gəlin,görək pendir necə hazırlanır:
Pendir süddən hazırlanır, lakin südü pendir vəziyyətinə gətirə bilmək üçün mayaya ehtiyac vardır. Pendir mayası südəmər quzu və ya buzovun (hətta bəzən donuzun) dörd kameralı mədələrinin bağırsaqla birləşən dördüncü qatından-qursaqdan əldə edilir. Maya hazırlamaq üçün mədəsi alınacaq quzu və ya buzovun ot yeməmiş, ana südündən başqa qida ilə qidalanmamış, ən çox iki həftəlik bala olması vacibdir.
Belə bir balanın mədəsi ilə edilən maya o qədər qüvvətlidir ki, bir qram quru maya ilə 6000 litr süd mayalana bilər. Bu mayaları ancaq böyük pendir fabriklərində və ya böyük pendir emalatxanalarında istifadə etmək mümkündür. Evdə pendir hazırlamaq üçün şüşə mayası istifadə edirlər. Bu şüşə mayalayarının emalı bir sirr olmaqla birlikdə südəmər ot yeyən heyvanların mədəsindən əldə edilən mayanın sulandırılmaq və bəzi kimyəvi maddələrlə qarışdırılmaq surəti ilə çoxaldılmasından ibarət olduğu şübhəsizdir.
Mayanı quzu və ya buzov qursağını yumadan qurudaraq toz halına gətirməklə əldə edirlər. Bazarda toz halında satılan mayalar pendir emalatxanalarında istifadə edilən toz mayalar qədər qüvvətli deyil. Bunların bir qramı ilə təkcə 100 litr süd mayalamaq mümkündür. Ən yaxşı şüşə mayasının isə bir qramı ilə 10 litr süd mayalamaq mümkündür. Bu mayaları əczaxanadan rahat şəkildə eldə edərək evlərində pendir hazırlayanlar çoxdur. Hətta kəndlərdə belə, adətən, məhz bu hazır mayadan istifadə edilir.
Gördüyünüz kimi pendirin hazırlanmasında istifadə edilən mayanın başlanğıc xammalı iki həftəlik quzu və buzovların mədəsidir. Bu zavallı heyvanların (zavallı, çünki bu qədər körpə canlılar haram edilir.) İslam üsulları ilə kəsilməsi sual altındadır. Bundan əmin olmaq qeyri-mümkündür, çünki pendirlərin etiketlərində qeyd edilmir. Həmçinin kəsmiyin də hazırlanmasında eyni mayadan istifadə edilir.
Deyə bilərsiniz ki, (çox eşidirəm bu tip fikirləri) "Bəs nə yeyək? Acından ölək?". Xeyr, acından ölməyin. Özünüzü belə aldatsanız da, qəlblərdəkini biləni aldada bilməzsiniz! Pendir, kəsmik, kolbasa və ya marmelad yeməməklə kimsə acından ölmür. Alternativ qidaları saymaqla bitməz. Sadəcə nəfsimizə qalib gələ bilməliyik. Yox əgər bunu etmək çətindirsə və həm də pendir, kəsmik kimi faydalı ərzaqdan imtina etmək istəmirsinizsə, sizin üçün çıxış yollarını təqdim edirəm:
- İmkan daxilində axtarıb-araşdırmaq lazımdır. Mən araşdırdım və nəticədə halal sayılan kəsmik və pendir markalarını tapdım. Təəssüf ki, reklam xarakteri daşıdığı üçün marka adlarını xəbərdə qeyd edə bilmirəm.
- Vegetariyanların istifadə etdikləri bütün pendir və kəsmik növləri halaldır. Yəni, vegetariyan saytlarına üz tutun.
- Ərzaqların üzərindəki "İçindəkilər" yazısını diqqətlə oxuyursunuz. "Mikrobioloji" (микробиальный, микробиологический, микробактериальный, неживотный, растительный), milase, chymogen, fromase, maxilact, suparen, Meito Microbial Rennet, CHY-MAX, maxiren, 100% РҐimozin sözlərindən birininə rast gəldinizsə, qorxmadan o pendiri və ya kəsmiyi ala bilərsiniz.
- Pendir və kəsmiyinizi özünüz hazırlayırsınız. Saytımızda da gözəl reseptlərdən yararlana bilərsiniz və həmçinin özünüz də axtarış edə bilərsiniz.
Ən rahat variant:
Ev qatığını (onu da özünüz hazırlasanız, lap əla olar!) zəif odda qızdırırsınız. Qatıq "çürüməyə" başlayır, yəni zərdabı ayrılır. Ağız dadına görə duz əlavə edirisiniz.
Pendir üçün artıq hazırladığınız 0,5 kq kəsmiyə 1 ədəd yumurta, 100 q kərə yağı, 1 çay qaşığı soda, zövgə görə düz, hətta quru ot və ədviyyat qarışığı əlavə edərək ocaqda eynicinisli kütlə alınanadək və nəmliyi gedənə qədər bişirirsiniz. Daha sonra bir boşqaba qoyub üzərini örtürsünüz. Yaxşı olar ki, üzərinə ağırlıq qoyasınız. Soyuducuya qoyun və bir neçə saat sonra nuş edin.
Bu da mənim hazırladığım pendirin reseptidir. Ev çörəyi ilə əla olur.
Məlumat üçün deyim ki, 500 q kəsmik üçün təxminən 2 kq yaxın qatıq lazımdır. Ayrılan zərdabı (mayeni) isə atmaq qadağandır!
Bu mayenin çox hissəsini su təşkil etsə də, faydalı elementlərlə də zəngindir (bu barədə ətrafli növbəti xəbərdə). Sadə formada rahatlıqla içə bilməyəcəyiniz üçün bu cür edin. Şüşə qablara töküb buzxanada saxlayın. Blinçik, oladi, peraşki, piroq kimi dadlı xəmir yeməklərinə rahatlıqla əlavə edin. Hətta bəzən şorbalara da əlavə edə bilərsiniz.
P.S: Hansı markaların pendir və kəsmiklərinin halal olduğunu qulağınıza, məmnuniyyətlə, pıçıldaya bilərəm.
XƏBƏR LENTİ
Yağ ləkəsini necə təmizləməli?
Şəkər xəstələri, günəşə diqqət!
Make up -makiyaj 4(foto dərs)
"Qarabağdakı vəziyyət dayanıqlı deyil"
Fevralda hava necə olacaq?
Qan verməyin insana faydası
Bu günün hava proqnozu
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
"Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir"
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
İspanaqlı kek
Kokos yağının möcüzəvi faydaları
Əyləncə məkanlarında baş vermiş bədbəxt hadisələr
Tulumba (video resept)
HAVA necə olacaq?-26 dekabr
Restoran, kafe və barlarda adambaşına nə qədər sahə düşməlidir? - Siyahı
Ağ şokoladlı truff (foto resept)
Güzgü,güzgü göstər görüm makiyajımı...
Abort qadağan edildi
BÜRCLƏR bizə nə vəd edir?- 1 Dekabr
Ermənilərin arzusu ürəyində qaldı
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
Bu il itirdiklərimiz
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Ətli göbələk(foto resept)
Ordudan istifadə olunacaq
Dünya gözəllik yarışmasında bir İLK-FOTO
Nişan konfetləri
Sellülit əleyhinə vasitələr
Azərbaycanda işsizlərə 4 min manat veriləcək
UEFA futbol qaydalarını dəyişir
Tanınmış azərbaycanlı tarixçi vəfat edib
Dərinizə təbii gözəllik bəxş edin
Sevgi dilənçiləri
Növbəti əfv siyahısı hazırlanır
Azərbaycanda övladlığa götürülən uşaqları sayı azalıb
Qeyri-adi və sevimli oyuncaqlar
Sini modelləri
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Gələn il təqaüdlər arta bilər
İngiltərədə plastik çubuqlar qadağan edildi
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Yaşıl qəhvə nəyə görə xeyirlidir?
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Prezident: Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
Yuxu yozmaları - N
Stresi azaldan qoxular
Əncir yemək üçün 8 MÜHÜM SƏBƏB
- ŞƏRHLƏR