Bu gün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində 3183 azərbaycanlı gənc təhsil alır. APA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli bildirib ki, 2014-2015-ci tədris ili üçün Dövlət proqramı çərçivəsində keçirilən müsabiqə başa çatıb. Onun sözlərinə görə, yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərin sayı daha çox olub. Sektor müdiri qeyd edib ki, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib:“Gələn il azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin gələn il Dövlət Proqramı başa çatır. Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. 2015-2020-ci illər üzrə olacaq Dövlət Proqramında bəzi yeniliklər olacaq. Belə ki, yeni proqramda bakalavriatdan sonrakı səviyyələrdə təhsil alan, elm sahəsində çalışan gənclərə üstünlük veriləcək. Bundan əlavə, Dövlət proqramı çərçivəsində xaricə göndəriləcək azərbaycanlı gənclərlə yanaşı, xarici tələbələrin də Azərbaycanın ali məktəblərinə cəlb edilməsi nəzərdə tutulub”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlar valideynləri yoranda
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»
10 dəqiqədə 10 min xərclədi-FOTO
Arda Turan ata oldu – FOTO
Günün ulduz falı - 01.09.2013
Bişmiş tərəvəz salatı (foto-resept)
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Münasibətdən asılı olduğunuzu göstərən təhlükəli işarələr
Hava haqqında
3 yaşlı uşaq yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu
Ece Erkendən gözlənilməz qərar
Ağsaqqallar Şurası yığıncaq keçirib
Serenay Sarıkaya DİQQƏT çəkdi
Türkiyə silkələndi
Bank 3,5 milyon dəyərində olan evini əlindən alır
Zövqlü çanta modelləri
70 yaşlı qadın "İstagram" ulduzu oldu-FOTO
Azərbaycan təhlükəli ölkələr sırasında - Rusiya siyahı hazırlayıb
Azərbaycan və Pakistanın birinci xanımları görüşüblər
2017-ci ilin ən etibarsız 100 parolu - DİQQƏTLİ OLUN Kİ...
Eyni vaxtda 4 böyük universitetə qəbul oldu - Azərbaycanda İLK
DİM rəsmisindən imtahan tarixləri ilə bağlı AÇIQLAMA
Görmə əlillərinə ağıllı ayaqqabı
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
17 kq-lıq pişiyə yiyə duran yoxdur
Xəstəlik - 2
Meyvəli dondurma
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Yaş maya maskası və faydaları
Fraktal həndəsə
Uşaq geyimləri
Beyrut partlayışında yeni görüntülər: Bəy-gəlin fotosesiyası yarımçıq qaldı - VİDEO
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO
Kişilər nəyə diqqət edir?
Kimə daha çox yaraşır?
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Ukrayna müxalifəti Kiyevdə yerli özünüidarəetməni formalaşdırmağa başladı
Qeyri-adi skamyalar
Bu ilin trend rəngi: Canlı Mərcan
İcbari tibbi sığorta 3 ay ərzində tətbiq olunacaq? - AÇIQLAMA
Prezident şəhid general Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verdi
Bu da ən uzun iftar süfrəsi
Qar yağacaq!
Erməni deputat Azərbaycanı müdafiə etdi
Bir sehrli meyvə - qreypfrut
İnsanlar niyə belədir?
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Otellərdə rastlanan qəribə hallar
- ŞƏRHLƏR