Milli.Az modern.az-a istinadən xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, gün ərzində üç saatdan artıq televizorun qarşısında əyləşmək ömrü qısaldır. Bu hansı səbəblərdən baş verir?
İlk növbədə saatlarla ekran qarşısında oturmaq indi əksər insanların ən böyük bəlası sayılan oturaq həyat tərzi üçün “əla” şərait yaradır. Belə həyat tərzinin törətdiyi fəsadlar isə hamımıza yaxşı məlumdur.
2 saatdan artıq ekran qarşısında əyləşmək beynin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun strukturunu da dəyişir.
Saatlarla televizora baxmaq vaxtından əvvəl görmə qabiliyyətini zəiflədir və bir çox göz xəstəliklərinin meydana gəlməsinə şərait yaradır.
Televizora hədsiz aludəçilik bədənin piylənməsinə gətirib çıxarır. Adətən insanlar bu rəngli “qutu”nu seyr edərkən qeyri-ixtiyari ağızlarını boş qoymurlar.
Televizor sağlam və normal yuxuya mane olan ən güclü vasitələrdən biridir. Xüsusilə gecədən xeyli keçmişə qədər televizor qarşısında əyləşən insanlar sinir və yuxu problemləri ilə daha tez-tez rastlaşırlar.
İnsan özü də bilmədən daha səmərəli keçirə biləcəyi vaxtı televizorin qarşısında sərf edir. Televizorun “cazibə” qüvvəsi insanı mütaliədən, idmandan, gəzintidən və ən nəhayət doğmaları ilə ünsiyyətdən məhrum edir.
Bu rəngli və sehrli “qutu”nun zərərlərindən biri də insanın psixikasına mənfi və aldadıcı təsir göstərməsidir.
Uzun müddət televizor qarşısında əyləşmək uşaqlar üçün daha zərərlidir.
Uşaqlarda özünəqapılmaq, autizm xəstəliyi, nitq qüsurunun yaranmasının əsas səbəblərindən biri məhz televizor aludəçiliyidir.
Həmşinin uşaqlarda tez-tez rast gəlinən dayaq hərəkət sistemindəki problemlər valideyn nəzarətsizliyi ucbatından televizor qarşısında saatlarla düzgün olmayan formada oturmağın nəticəsidir.
Mütəxəssislərin rəyinə görə bir yaşına qədər uşaqlar ümumiyyətlə ekran qarşısında olmamalıdırlar. 1-3 yaşda olanlar isə gün ərzində 15 dəqiqə televizora baxa bilər. O da yalnız yaşına uyğun cizgi filmlərinə baxmaq şərtilə. Burda bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, cizgi filmi səsli və danışıqlı olsun. Bu uşağın nitqi üçün olduqca vacibdir.
5-7 yaşlarında uşaqların gün ərzində 30-40 dəqiqə, 8-12 yaşlarında 1 saat, 12-14 yaşlarında saat yarım, 14-16 yaşlarında 2 saat televizora baxmaqları məqbul sayıla bilər.
Valideynlər uşqlarının televizora baxa-baxa yemək yemələrinə yol verməməlidirlər. Belə ki, televizora baxan zaman qidalananda mədə şirəsi lazımi qədər ifraz olunmur ki, bu da bir çox xəstəliklərin, mədə xorasının, qastritin yaranmasına səbəb olur.
Psixoloqların qənaətinə görə, uşaqların televizor qarşısında çox oturması, xüsusilə də yaşına uyğun olmayan verilişlərə, filmlərə baxması onların psixikasını, sinir sistemini ciddi şəkildə zədələyir. Buna görə də böyüklər uşaqların ekran seçimlərini daima diqqətdə saxlamalıdırlar.
İstər böyüklər, istərsə də azyaşlılar televizora baxarkən ən adi qaydalara riayət etsələr, sevimli “qutu”larının ziyanından yaxa qurtara bilərlər.
Birincisi, çalışmaq lazımdır ki, gün ərzində ekran qarşısında 2 saatdan artıq vaxt sərf etməyəsiniz.
Ekrana yaxın əyləşməyin. Ən azı ekranla sizin aranızda 2-3 metr məsafə olmalıdır.
Tam qaranlıq otaqda televizora baxmaq düzgün deyil. Buna görə də televizoru işə salanda otağın işığını da yandırmağı unutmayın.
Uzanılı vəziyyətdə televizora baxmaq sizə xoş olsa da sağlamlığınız üçün heç də xoş deyil.
Gözünüzü ekrana zilləyib əlinizi boşqaba uzatmayın. Yemək yeyə-yeyə televizora baxmaq vərdişini yaddan çıxarın. Həmin qida sizə yalnız ziyan gətirəcək.
Və ən nəhayət, elə verilişlərə və filmlərə baxın ki, əhvalınıza və ovqatınıza xoş təsir bağışlasın.
XƏBƏR LENTİ
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Rəcəb Tayyib Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım” - VİDEO
Stiv Cobsun ölümqabağı məktubu
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Süzmə mərci şorbası (foto-resept)
Herri və Meqanın yerinə kral ailəsinə onlar gəlir - FOTO
Qurbanlıq qoyunları haradan alsaq, yaxşıdır?
Rusiyada miqrantlara daha bir qadağa qoyuldu
Evlənənlər bu müəssisələrdə tibbi müayinədən keçəcəklər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Baş ağrısı üçün möcüzəvi həll yolu
Nihat Hatiboğlunun həyatı
Demi Murun qızı 30 illiyini qeyd etdi-FOTO
Dəfnə yarpağının faydaları
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu
Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?
Baş nazirdən maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
Ermənistan Qarabağa könüllüləri yığır
İslamı qəbul etmiş məşhurlar
Yaşıl qar sakinləri qorxutdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
"İlin qadını" o seçildi
Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edildi
Dəbli ayaq bilərzikləri
"Korrupsiyaçının Allah bəlasını versin!"
14 kvadrat metrlik mənzil (FOTO)
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər
Zövq oxşayan ayaqqabılar
Günün ulduz falı
Xaşxaşlı biskvit (foto resept)
Zövqlü xanımlar üçün tuflilər
Kimi necə tənqid edirsən...
Dünyanın ən kiçik ölkələri
Romantik görüş üçün göz makiyajı
Məşhur model onunla görüntüləndi-FOTO
Melisa Aslı Pomuk ərə gedir
Arktikada yeni ada və boğaz tapıldı
Elton Conun şərəfinə mənzil dəyərində sikkə hazırlanıb-FOTO
Bəylər üçün qalstuk
Günün ulduz falı
Hava haqqında
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
İdman edərkən diqqət etməli olduğunuz 5 qayda
Qurban bayramınız mübarək!
Mirzə Şəfi Vazehlə bağlı sayt yaradıldı
1950-ci illərdə evlənən məşhurların gəlinlik modelləri
Çimərlikdə uşaq barmağı tapıldı
Dərini nəmləndirən şabalıd maskası