"Azərbaycanda orta əmək haqqının 436,7 manat olmasına baxmayaraq, fərqli kateqoriya insanlar üçün bu rəqəm dəyişir. Fərqli kateqoriyadan olan insanların mənzil almaq imkanları da fərqlənir. Milli.Az xəbər verir ki, bu barədə "Exo" qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, cəmiyyətdə ən az mənzil almaq şansı olanlar müəllim və həkimlərdir. "Müəllim və həkimlərin orta əmək haqqı 170 manatdır və illik qazancları 2 min manat təşkil edir. Əgər bu kateqoriya insanların başqa gəlir mənbələri yoxdursa, onlar dəyəri 60 min manat olan bir otaqlı mənzil almaq üçün öz qazanclarını heç nəyə xərcləmədən 30 il toplamalıdırlar. Qiyməti 100 min olan iki otaqlı mənzil almaq üçün isə 50 il pul toplamalıdırlar", - o əlavə edib. Ekspert deyib ki, aylıq əməkhaqları 1,5 min manat olan vətəndaşların mənzil almaq imkanları daha yüksəkdir. Misal üçün, onların 60 minlik ev almaları üçün 3,3 il pul toplamaqları kifayət edir. Onlar şəhərin mərkəzində ev almaq üçün isə 12 il pul toplamalıdırlar. Əməkhaqları yüksək olan insanlarla müqayisədə həkim və müəllimlərin mənzil almaq şansları sıfıra bərabərdir. Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev isə deyib ki, vətəndaşların xərcləri əmək haqlarının yalnız üçdə bir hissəsini toplamağa imkan verir. Onun sözlərinə görə, Bakıda bir otaqlı mənzilin orta qiyməti 60 min manatdır. Aylıq qazancı 600 manat olan şəxs isə yalnız 200 manatı yığa bilər. Belə olan təqdirdə, aylıq qazancı 600 manat olan şəxsin ev almağa pul toplamağı üçün 25 il vaxt tələb olunur. Bu da ölkədə inflyasiyanın olmayacağı təqdirdə mümkün ola bilər.Vətəndaşın qazancı nə qədər çoxdursa, xərcləri də bir o qədər çox olur. Əməkhaqqı 1500 manat olan şəxs ayda 750 manat və ya ildə 9000 manat toplaya bilir. 60 min manatlıq ev almaq üçün həmin şəxs 6,6 il pul toplamalıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR