“Sabah” qəzetindən Azərbaycanı da silkələyəcək yazı Ölkəmizdə də geniş satılan “Milupa Aptamil Südlü Taxıl Qarışığı” ilə bağlı Türkiyədə sensasion araşdırma üzə çıxıb və qidanın tərkibində GMO olduğu təsdiqlənib. Qonşu ölkədə bu məhsulları satışa buraxanlar üçün uzunmüddətli həbs cəzası nəzərdə tutulur. Səhiyyə Nazirliyi qalmaqalı araşdıracaqmı?.. Milli.Az Yeni Musavat-a istinadən bildirir ki, Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçirdiyi monitorinq zamanı uşaq qidaları ilə bağlı sensasion məqamlar üzə çıxıb. Məlum olub ki, Bakıda da satışda olan “Milupa Aptamil Südlü Taxıl Qarışığı” adlı məhsulda GMO (genetik modifikasiya olunmuş) elementləri aşkarlanıb. Bursa şəhərində nazirlik əməkdaşlarının təsbit etdiyi bu nəticə barədə öncə gidahareketi.org saytı yazıb, ardınca isə Türkiyənin tanınmış “Sabah” qəzeti xəbəri tirajlayıb. GMO-nun varlığından əmin olmaq üçün bu uşaq qidasından nümunələr götürülərək Ankaradakı Nəzarət Laboratoriyasına göndərilib. Ankara Nəzarət Laboratoriyasının keçirdiyi analizlər nəticəsində Milupanın tərkibində GMO olduğu dəqiqləşib. Bunun ardınca nazirlik GMO-lu Milupa məhsullarının bazardan yığışdırılması üçün sözügedən bölgənin valiliklərinə müvafiq göstəriş verib. Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin verdiyi açıqlamada isə nəticə bir daha təsdiqlənib və bildirilib ki, əlaqədar şəxslər barədə hüquqi məsuliyyət nəzərdə tutulacaq. Türkiyənin 5977 saylı biotəhlükəsizlik qanununun 15-ci maddəsində qidalarda GMO olanları satışa buraxanlar üçün 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulur. Nazirliyin açıqlamasında aşağıdakılar qeyd edilib: “Sözügedən uşaq qidasının idxalı zamanı GMO aşkarlanmadığı üçün satışına icazə verilib. Amma bazar monitorinqləri nəticəsində bu qidalarda GMO üzə çıxdığı üçün onların satışdan yığışdırılması barədə qərar verilib və səlahiyyətli şəxslər barədə hüquqi məsuliyyət nəzərdə tutulub”. “Sabah” qəzeti GMO qalmaqalını ortaya çıxaran rəsmi sənədlər də yayımlayıb (Yazıya əlavə edilib). Bu o deməkdir ki, Azərbaycan bazarına yol tapan bu uşaq qidaları Türkiyədə faktiki qadağan edilib. Firma isə baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada faktı təsdiqləmək məcburiyyətində qalıb. Firma bildirilib ki, 2013-cü ilin oktyabr ayında nazirlik tərəfindən analizləri aparılmış və tərkibində GMO aşkarlanmayan, 28.03.2015 (son istifadə müddəti) tarixli nömrəyə sahib uşaq qidası tamamən qatqısızdır. Firma rəhbərliyi bildirib ki, Türkiyədə GMO analizlərində istifadə olunmalı olan üsullarla bağlı fikir ayrılığı olduğundan hər laboratoriyanın analizi fərqli nəticə ortaya qoya bilər: “Haqqında danışdığımız bu məhsula aid laboratoriya analizlərindəki nəticə fərqliliyi də məhz bu səbəbdən üzə çıxıb. Nümunələr götürüləndə və ya laboratoriyalarda iş prosesi zamanı, ümumən isə bütün mərhələlərdə meydana gələ biləcək hər hansı bulaşma ehtimalı da laboratoriyaların fərqli nəticələrinə gətirə bilər”.Firma rəhbərliyinin sözünün yazılı açıqlamasının sonunda o da qeyd edilib ki, son istifadə tarixi 28.03.2015 xaricində olan hər hansı Aptamil qidası üçün bu iddia uyğun deyil. “Yeni Müsavat” isə öz növbəsində xatırladır ki, sözügedən qida məhsulları Bakının apteklərində də satışdadır və ailələr arasında yetərincə populyardır. Yuxarıda yazdığımız xəbər, habelə tarixlə bağlı qeyd də valideynlər üçün maraqlı ola bilər. Bu arada xatırladaq ki, 2014-cü ilin fevral ayında da bu uşaq qidası ilə bağlı oxşar situasiya yaranmışdı. Həmin vaxt “Aptamil PDF”i buraxan şirkət öz məhsullarını təcili toplamışdı. Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünya ölkələrinə xəbərdarlıq məktubu göndərib. Həmin xəbərdarlıqda Numil Qida Məhsulları ASC-nin istehsal etdiyi “Aptamil PDF” adlı uşaq yeməklərinin satışını təcili dayandırmaları tələb olunur.Məlumatda deyilirdi ki, şirkətin istehsal etdiyi uşaq qidalarının 294421 və 294433 nömrəli partiyalarının tərkibində çoxlu miqdarda yod və duz olduğu aşkarlanıb. Bu isə uşaqlarda sürətli şəkildə zəifləmə, sinir sistemi pozğunluğu və mədə problemləri yarada bilər. DST də bu səbəbdən “Aptamil PDF”i istehsal edən şirkətlə birlikdə həmin məhsulu dünya ölkələrindən toplamaq barədə qərar çıxarıb. Göründüyü kimi, Bakıda satılan sözügedən uşaq qidası ilə bağlı məsələ yetərincə təhlükəlidir. Bu uşaq qidaları ilə bağlı ciddi araşdırma isə (həm də firmanın dediyi istifadə müddəti ilə bağlı) Səhiyyə Nazirliyinin səlahiyyətindədir. İyunun 15-i bazar günü olduğu üçün Səhiyyə Nazirliyindən rəsmi mövqe öyrənə bilmədik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Ana südü haqqında 10 yalan
Bu şəkillərinə görə gözəllik yarışından qovuldu-FOTO
Ramazan ayının 18-ci gününün duası
Məktəblilərin internet problemi
Bakıda yeni yol nişanları və yeni qadağalar
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
"WhatsApp"da YENİLİK!
Kıvanç da 2 milyon qazanacaq
Lobya şorbası (foto-resept)
Bədəndəki xalların mənası
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
Yeni Çin koronavirusu COVİD-19-dan daha yoluxucudur
Dünyanın ən uzun pilləkənlərı (2)
“Eurovision” yeni formatda keçiriləcək
Hadisə ilk dəfə paraşütlə tullandığı-FOTO
Bakıda 4,2 milyon manata 2 villa satılır
Bakı Şaxta babasız qalacaq? - AÇIQLAMA
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş
Daxilimizdəki uşaqlıq
Var-dövlət nümayişi mənəvi kasıblıqdan irəli gəlir
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!
Uşaqlar televizora neçə saat baxa bilərlər?
Bakıda Xəzərin ən böyük limanı tikilir
Subay insanlar sonsuzluqdan əziyyət çəkənlər üçün donor ola biləcəklər?
Azərbaycanda təhlükəli epidemiya
Noyabrda 3 gün iş olmayacaq
Qozlu keks (foto resept)
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Dəridəki ləkələri azaldan qatıq maskası
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Vensan Kassel evləndi-FOTO
Eyvanda kabab bişirmək qadağan olunacaq
Məktəbli gündəliyində biabırçı səhv
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Məhərrəm ayı BU TARİXDƏ başlayır
40 yaşına çatmadan nələri etməliyik?
FİFA prezidenti istefa verdi
Qısa və lazımlı məsləhətlər
Küləkli hava Şəkini işıqsız qoydu
Trend: Toxunma donlar
Kişilər doğuşda iştirak etməlidirmi?
Defne Samyelinin qızı Serenay Sarıkayaya görə reklamdan imtina etdi
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Muzdla işləyənlərin əmək haqqı açıqlandı
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Kenan İmirzalıoğlu villa aldı
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
- ŞƏRHLƏR