Pul hamımız üçün qərar vermə, özümüzü idarə etmə, impulslarımıza nəzarət etmə və variantları qiymətləndirmə bacarıqlarımızla əlaqədar məlumat verən bir vasitədir. Uşaqlar üçün isə pul cibxərcliyidir. Fərqli demoqrafik xüsusiyyətlərə sahib mühitlərə bağlı olaraq çox pul xərcləyən, heç pul xərcləməyən, pul anlayışını bilən və ya gec öyrənən uşaqlar var. Bu istiqamətdə uşağa pulun nə olduğunu və necə istifadə edildiyini öyrətmək şəxsiyyətin inkişafında əhəmiyyətli rol oynayır.
Psixoloqların fikrincə, uşaqlara üç-dörd yaşlarından etibarən pulun nə olduğu və nə işə yaradığı öyrədilməlidir.Psixoloq Nigar Məmmədova deyir ki, kiçik yaşlı uşaqlara pulun nə olduğunu başa salmaq üçün bazarlığa gedən zaman uşaqlara kiçik məsuliyyət yüklənilməlidir: "Məsələn, pulun qalığını ona verib, hesablamasını xahiş etmək, onun nə qədər pula ehtiyacını öyrənmək lazımdır. Əvvəl valideynlər deyirdilər ki, "uşaq nədi, pul nədi", "uşağı pula öyrətməzlər". Amma indi uşağı pula öyrətmək lazımdır ki, o, gələcəkdə çox şeyin pulla alına biləcəyini və qazanma yollarını öyrənə bilsin. Uşaqlara məktəbə gedən müəyyən məbləğdə cibxərcliyi də verilməlidir. Uşaqlara verilən cibxərcliyi onun özünə olan etibarını artırır. Qeyd edim ki, uşağa pul 11 yaşından sonra verilməlidir".
Həmsöhbətimizə görə, başqalarının əməyinə hörmət etmək üçün uşağa pul yığmaq da öyrədilməlidir. Bunun üçün qarşıya hədəf qoyulmalı və uşağı pul yığmağa öyrətmək lazımdır. Yığılan pul ilə qarşıya qoyulan hədəf həyata keçirildikdə uşaq pulun dəyərini daha yaxşı anlamağa başlayır.
Mütəxəssis bildirir ki, uşağa "pulum yoxdur" demək olmaz. Bunu ona sadə dillə başa salmaq olar: "Uşağa "pulumuzu daha lazımlı yerə xərcləyək" kimi demək lazımdır. Uşaq pulun yoxluğunu deyil, dəyərini anlamalıdır. O bilməlidir ki, çalışaraq pulu qazanmaq olar. O, öz əməyinə dəyər verməyi öyrənməlidir. Uşağa tez-tez "pul yoxdur" deyirlərsə, o, qayğılanmağa, narahat yaşamağa başlayır. Uşağı cəzalandırmaq və ya mükafatlandırmaq üçün də puldan istifadə etmək olmaz".
İstəklərimiz sonsuz, amma büdcələrimiz limitlidir. Bəzi valideynlər bu limiti uşağa hiss etdirməmək üçün heç bir zaman pul mövzusunda danışmırlar. Bu isə uşaqların şüurunun inkişafına maneə törədir. Buna görə də uşaqlara kiçik yaşlarından pul barədə məlumat vermək lazımdır.Psixoloqun bildirdiyinə görə, uşağa pul yığmağı öyrətmək üçün bir çox üsullar var: "Məsələn, uşağın adına hesab açdırmaq olar. Həmin hesaba nizamlı pul qoyulduqca, uşağı da özünüzlə aparın, uşaq pulun artdığını izləsin. Və ya bir "pul qabı" alın, içinə hər gün müəyyən miqdarda pul atın, uşaq da bunu izləsin, daha sonra pulu qaba uşaq özü qoysun. Bu, onu daha çox yığmağa həvəsləndirəcək. Uşağa bacarıq və əməyilə pul qazanmağı öyrədin. Evdəki bəzi məsuliyyətləri həyata keçirdikdən sonra kiçik bir əvəzlə mükafatlandırın. Zibil atmaq, təmizlik işlərində yardım etmək üçün ona pul vermək lazımdır. Bu, ona həm də əməyinin qarşılığını almaq hissini aşılayacaq. Uşağınıza yaşına görə gündəlik, həftəlik, aylıq cibxərcliyi verin ki, büdcə yaratmağı öyrənsin. İş mühitinizi görməsini təmin edin. İş şərtlərinizi, əməyinizi qiymətləndirsin. Atanın, ananın, yaxınınızın yanında tətil zamanlarında çalışmasına icazə verin. Ana-ata olaraq uşağa cibxərcliyini bir yerdə verməlisiniz. Ayrı-ayrılıqda verilən pul uşağa istəklərinə asan çatmağa kömək edər. Amma hər şeyi tez bir zamanda əldə etmək uşağınız üçün zərərlidir".Uşaqlar təxminən 8 yaşdan sonra cibxərcliyi anlayışını və pulun dəyərini anlamağa başlayırlar. Çünki pulun ədədi dəyərini (1 manat, 5 manat) anlaya bilmək riyazi anlayışları öyrənmiş olmaqla mümkündür. Ancaq pulun həyatın içindəki yeri və əhəmiyyəti kiçik yaşlardan etibarən başa düşülür.Cibxərcliyi miqdarını uyğun olaraq təyin etmək əhəmiyyətlidir. Cibxərcliyi miqdarının uşağın ehtiyaclarının və yaşından çox olması uşaqlar üçün mənfi nəticələr doğura bilər. Çox cibxərcliyi vermək uşağın zərər görə biləcəyi mühitlərə girmə riskini artıra bilər. Cibxərcliyinin məqsədlərindən biri də istənilən bir şeyi əldə etmək üçün gözləməyi və əvəz ödəməyi öyrənməkdir.
Ehtiyaclarından və yaşından az cibxərcliyi miqdarı, uşağın dostlarından aralı düşməsinə səbəb ola bilər. Bu vəziyyətdə dostluq əlaqələrində problemlər yaşana bilər. Uşaqların istəklərini sıraya qoymasını, əlindəki qaynağı istəklərinə uyğun bir şəkildə xərcləməsini öyrətmək lazımdır.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR