Azərbaycanın uğurlu iqtisadi inkişafı ölkəmizə turist axınını şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan Lənkəran rayonunun coğrafi cəhətdən əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi bölgənin turizm imkanlarını ildən-ilə daha da genişləndirir. Milli.Az CTV-yə istinadən bildirir ki, Azərbaycanın turizm potensialına görə öndə gələn bölgələrindən olan Lənkərana hər il yay aylarında gələn turistlərin əsasən üz tutduqları məkan dənizkənarı çimərliklər və dağətəyi ərazilərdir. Elə bu səbəbdən də həmin ərazilərdə turistlərin istirahətinin səmərəli təşkili üçün hər bir şərait yaradılıb.
Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimovbildirdi ki, artıq dəniz kənarında çimərliklər təmizlənib, tam olaraq vətəndaşların istifadəsi üçün hazır vəziyyətə gətirilib.
İlqar Əzimov turizm obyektlərində qiymətlərdə endirimlər olacağını diqqətə çatdırdı. Qiymətləri öyrənmək məqsədilə bir neçə istirahət mərkəzlərinə baş çəkdik. İstirahət mərkəzlərindən birinin əməkdaşı Vaqif Cəfərov hazırda turistlərin sayının 100-ə yaxın olduğunu bildirdi. Onun sözlərinə görə, qiymətlər 30-120 manat arasında dəyişir. Oteldə standart, VİP otaqlar var.
Digər istirahət mərkəzinə doğru üz tutduq. Aldığımız məlumatlar turizm obyektləri arasında qiymətlərdə böyük bir fərqin olmadığını göstərdi. İstirahət mərkəzlərindən birinin əməkdaşı Elman Əliyev bildirdi ki, adambaşı 45 manat və gündə 3 dəfə yemək şərti ilə biz qonaqları yerləşdirə bilərik.Amma otaqlara gəldikdə isə qiymətlər 35 manatdan 150 manata qədər, nömrələrdən asılı olaraq dəyişir.Lənkəranın turizm obyektlərini istirahət məkanı seçənlər arasında yerli turistlər də çoxdur. Onların əksəriyyəti paytaxt Bakıdan, ailəvi istirahətə üstünlük verənlərdir. Turistləri Lənkərana cəlb edən isə dəniz, dağ, meşə faktorunun olmasıdır.
2014-cü ildə Lənkərana gələn turist sayının daha da artacağı proqnozlaşdırılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Lənkəran ölkəmizin ən əsas turizm mərkəzlərindən birinə çevriləcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Rəngarəng pərdə modelləri
Azərbaycanda gənclər günüdür
İnsanın bütün həyatını çəkə biləcək mini-kamera yaradılıb
Azərbaycan əsgərlərini görən erməni hərbçiləri qaçır - VİDEO
Qiyməli kələm (foto-resept)
Rus dili dərs-24
Təhsil Nazirliyi YENİ TƏKLİF hazırladı - Summativlərin ləğvi ilə bağlı
Kleopatranın makiyaj sirləri
Gözəl qız üz ləkəsi ilə meydan oxuyur
Evdə fransız manikürü
Həkimlər xəbərdarlıq edir
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Azərbaycan - doğma yurdum
Forer effekti
Baharın gəlişi şəkillərdə
İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Bakıda evlərin kreditlə satışında qadağa
Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verildi
2017 gəlinlik modelləri
7 il əvvəl yoxa çıxan qoyun qayıtdı
Qarabağı bu ölkənin ordusu azad edəcək
Noxud şorbası (foto resept)
Paxlanın faydaları
Giləmeyvələr
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi
Xanımlar üçün gecəliklər
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”
Bu qız piyada gəzmir və Tanrı sayılır
Madonna 6 övladının FOTOsunu paylaşdı
5 aylıq mübarizədən sonra koronavirusdan sağaldı
Azərbaycanda havanın temperaturu 16 dərəcəyə yüksələcək
Cavabsız suallar...
Sinem Kobaldan Hamiləlik Açıqlaması
Ağ Ev Malikiyə təpindi
Qızıl bazarında "qızıl dövr" başlayır
Mənim toxuduqlarım
Azərbaycanda ana adına namizədlərə xoş xəbər
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Pişikləri sahibləndirmək üçün...
Maykl Ceksonun həyatı film olur
Məktəblilərin payız tətili başladı
Zahanın qalereyası
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
"Facebook"dan yenilik: Gizli və "yoxa çıxan" mesajlar
Baş ağrısının yeri səbəbini göstərir
Məşhur dietoloqdan vacib açıqlama: “İnsanlar yaşa dolduqca...”
Mobil telefona görə sahibini tanımaq olar
Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır
- ŞƏRHLƏR