Bu gün sevimli aktyorumuz, xalq artisti Fuad Poladovun anadan olmasının 66 yaşı tamam olur. Milli.Az xəbər verir ki, Fuad Ağarəhim oğlu Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub.
İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.
Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Sevimli aktyorumuzu təbrik edir, ona uzun ömür, can sağlığı və tamaşaçılarını yeni obrazlarla sevindirməsini arzulayırıq!
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Vətəndaşlar hansı halda rayonlara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
Blefaroplastika əməliyyatı haqqında
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
NASA-dan tarixi uğur - "Dünyanın sonu"nun FOTOsu çəkildi
Justin Biber Selena üçün ağladı-FOTO
Məşqə bir az ara verək
Pensiyalar vaxtından əvvəl veriləcək
Diyarbəkirdə güclü partlayış: 4 ölü, 15 yaralı
Həyatımı Ona borcluyam...
İki məşhur Bakıya gəlir
Bakı 2015-in açılış mərasimi belə olacaq
Qulaq xəstəlikləri
Sofi Törner ana olacaq!-FOTO
"Çipsi" necə yarandı və tərkibi
İrəvanda cümə namazı qılmaq istəyirlər
Rusiyaya qara qar yağdı
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Uşaqlar üçün tapmacalar
Hal-hazırda Tarkan Moskvada konsert verir
Manatın axırı necə olacaq?
Qarağat kokteyli (foto resept)
Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
Gündə 2000 kalori yandıran idmanlar
Nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri necə qorunmalıdır?
83 yaşlı nənə karantində qalarsa...
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?
İvana Sert sevgilisi ilə tətildə
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi
Azərbaycan milli uşaq oyunları-8
Meksikalı rəssamın rəsmləri
Güclü saçlar üçün vacib maddələr
Yeni şəbəkə istifadəçiləri artır
Kişilərin dili
40 min illik Boz qurd başı tapıldı
Hər kəs bu Şamdan danışır-FOTO/SƏBƏB
Daima gənc qalmağın 3 yolu
Çörək çəkini artırırmı?
Ramazan ayının 22-ci gününün imsak və iftar vaxtları
O kəslər ki, dinlərini oyun-oyuncaq ediblər...
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”
Öz dünyası olan bu uşaqları yaşadan həyat eşqidir
"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı
Uşaqlar niyə gec danışırlar?
WhatsApp-la bağlı sirr açıldı
Koronavirus artıq İtaliyadadır
"Romeo və Culyetta"nın skeletləri tapıldı
Azərbaycanda valideynlərə qadağa: oğlanlar qızlardan çoxdur!
Sabahın HAVASI
- ŞƏRHLƏR