Doğum sonrası psixoz - psixi pozuntu olub, nadir rast gəlinən xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik uşaq dünyaya gətirən hər min qadından bir-ikisində rast gəlinir.
Psixiatr Elşən Rzayevin sözlərinə görə, uşağın dünyaya gəlməsi valideynlərə hədsiz sevinc bəxş edir. Lakin bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır - doğum sonrası psixoz. Doğumsonrası psixoz zamanı qadınlarda yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıq müşahidə olunur. Qadın doğulan uşağın onun olmamasını, uşağın dəyişik düşməsini, uşağın ciddi xəstə olduğunu düşünür. Bu psixozdan əziyyət çəkən qadınlara elə gəlir ki, onlar yaxşı ana deyillər. Uşağa düzgün qulluq edə, ona düzgün tərbiyə verə bilməyəcək. Qadınlarda özünü günahlandırma hissi də müşahidə olunur. Doğuş sonrası psixoz ağırlaşdıqca ana körpəsini hətta öldürmək və ondan qurtulmaq istəyir. Rzayev bildirib ki, doğuşa qədər bu psixoza məruz qala bilən qadınlar başqalarından heç nə ilə fərqlənmirlər. Həm də doğuşa yaxın qadınların həyəcan, qorxu keçirməsi, yuxusuzluqdan əziyyət çəkməsi normal haldır. Lakin əsas problemlər doğuş zamanı və ondan sonra başlayır. "Bəzən doğuş zamanı qadın çox qan itirir və ya qanına infeksiya keçir. Bütün bunlar qadının psixoloji durumuna təsir edir. Qadının bədəni də dəyişir. Bütün bu dəyişikliklərə öyrəşmək çətin olur". Doğuşdan sonrakı psixozun yaranması həm də irsi xarakter daşıyır. Psixiatrın dediyinə görə, anada doğuşdan sonrakı psixoz baş veribsə, deməli, onun qızında da bu baş verəcək: "Bu psixoz daha çox ipoxondriya, depressiya və isteriyadan əziyyət çəkən insanlarda baş verir. Doğuşdan sonra səhhəti ağırlaşan qadınlarda da bu psixoz baş verir. Psixi dəyişikliklərsə birdən üzə çıxmır. Bir neçə gündən və ya həftədən sonra nəzərə çarpmağa başlayır. Doğum evindən sonra belə qadınlar evə əhvalsız, əzgin və yorğun qayıdırlar. Uşağın dünyaya gəlişinə görə sevinmək əvəzinə qadında qəribə fikirlər yaranır. Qadında uşağa qarşı laqeydlik, qəzəb hissləri müşahidə olunur. Ailənin digər üzvlərinə qarşı olan münasibət isə tez-tez dəyişir. Yorğunluğa baxmayaraq, ana yuxusuzluqdan əziyyət çəkir. Elə bu da narahatlığa səbəb olmalıdır". Doğuşdan sonrakı psixozdan əziyyət çəkən ana uşağa ya heç yaxın durmur, ya da əksinə uşağın yanından bir addım belə kənara çəkilmir. Tez-tez uşağın nəfəs alıb-almadığını düşünür, onun əl-ayağını, bədənini yoxlayır. O, uşağa görə daim qorxu keçirir. Bəzən ana səbəb olmadan belə körpəsinə kiminsə ziyan vuracağını düşünür. Anaya elə gəlir ki, kənar şəxs və ya ailə üzvlərindən kimsə onun uşağını oğurlamaq, öldürmək istəyir. Onlar tez-tez uşağın yatdığı otağın qapısını açıb uşağın orda olub-olmadığını yoxlayır. Bəzi qadınların isə psixikası o qədər pozulur ki, onlar uşağın çox xəstə olduğunu zənn edirlər. Ona görə də uşağa müxtəlif dərmanlar verməyə başlayırlar. Bu cür sayıqlamaları ilə yanaşı qadında hallüsinasiyalar da başlayır. Bu səbəbdən də ana artıq öz hərəkətlərinə görə cavab verə bilmir. O, uşağını qorumaq məqsədilə qohumlarının üstünə hücum çəkə və başqa təhlükəli hərəkətlər də edə bilər. Psixiatr qeyd edib ki, doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər: "Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzunsürən, hətta qarşısı alınmayan problemlərə - ana və uşağın ölümünə gətirib çıxara bilər". Müsahibimizinn sözlərinə görə, doğuşdan sonrakı psixoza hormonal dəyişiklik, doğumdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə, doğumla bağlı stress, xüsusilə doğuşdan sonra estrogenlərin azalması, narkotik maddələrdən istifadə (həşiş, marixuana) səbəb ola bilər. E.Rzayevin dediyinə görə, doğum sonrası psixozun əsas simptomlarına maniakal əlamət, oyanıqlığın artması, sayrışan fikirlər, hallüsinasiya - əsasən də eşitmə hallüsinasiyası, şəxsiyyət dəyişikliyi və anormal təfəkkür, özünü qiymətləndirmənin adekvat olmaması, iştahanın pozulması aiddir. İntihar və ya uşağa qəsd barədə fikirlər bu prosesin ağırlığını göstərir. Onun sözlərinə görə, qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir: "Belə hallarda antipsixotik dərman maddələri - neyroleptik və antidepresant dərman maddələri verilməlidir. Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Bu çətin vəziyyətdə yaxınları ona dəstək olmalıdır. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları onunla maraqlanmalı, ona qayğı ilə yanaşmalıdır. Xəstə həm də psixoloji məsləhətxanaya getməlidir".
XƏBƏR LENTİ
Qələmlə sənət əsəri yaratmaq
Azərbaycan milli uşaq oyunları-7
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Luka Vardanyanın atası uşağın Bakıya gəlməsinə etiraz edib
Həyatınızın açarı olun
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
24 saat dayanmadan spirtli içki içdi bu hala düşdü-FOTO
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Sadə və gözəl paltarlar.
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
2012-ci ilin qış papaqları
Hikmətli sözlər
Şəkər xəmiri hazırlanmasının iki üsulu (foto anlatım)
Viktoriya Bekhem yaşından danışdı
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Dünyada ən çox qazanan aktyor kimdir?
Mikayıl Cabbarov rektorlar barədə
BMT-dən Ermənistana yardım
Polşanın çiçəkli bölgəsi: Zalipie
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Ayaq bilərzikləri-1
Kral ailəsindən bayram FOTOsu
Danışırsan, doğru danış
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Leyla Əliyevanın qeyri-adi kafesi
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
Hamiləlikdə riskli hallar
Süni agciyər hazırlandı
Hadise gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO/VİDEO
Şəhər daxilində postların ləğv edilməsinin məqsədi açıqlandı
"Mən türkəm"
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
Günəşdə növbəti qasırğa
İtlər getdi balıq tutmağa
Hava haqqında - 20.02.2014
ABŞ Marsa astronavt göndərəcək
Tərk edilmiş evdə xəzinə
"Çukur"da surpriz
Vera Bakıda çıxış etdi-FOTO
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Rihanna yeni brendini təqdim edib - FOTO
Dünyanın ən varlı adamı 25 illik xanımından BOŞANDI
- ŞƏRHLƏR