“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı, AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
AMEA Naxçıvan Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edib.Vurğulanıb ki, Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfələrini verib. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Naxçıvanın inkişaf dinamikasının təməlində muxtariyyət statusu dayanır”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyət kimi”, Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı”, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Beynəlxalq təcrübədə muxtariyyətlər və Naxçıvan muxtariyyəti” mövzularında elmi məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırıb. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı Naxçıvana son səfəri zamanı da burada görülən işləri yüksək qiymətləndirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qəbul imtahanının VAXTI açıqlandı
Ayaqqabı almadan əvvəl bunları bilməlisiniz!
Misirin gözəlliyi dəblə birləşərsə...
Zəncəfilli peçenyelər( foto resept)
Devid Bekhem baba olacaq
Santa Klausun qatarı
Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var”
Facebook-da alver etmək olacaq
Oyuna geçikən komandaya şok cəza verildi
Rokçu Haykonun görünüşü TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Ən xoşbəxt olduğumuz saat bilindi
Gənclik və problemləri
Azərbaycanlı kişi ginekoloqun rəqsi rekord qırdı
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
Nikel allergiyası
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Həyat qaynağımız, yaşama səbəbimiz nədir?
Bakı necə qızdırılır: kombi, İran sobası... – Ekspertlər təhlükə barədə
“Hər uşaq bir hədiyyədir!”
HAVA necə olacaq? 24 Mart
Bakıya 3D printerlər gətirilir
Mer və ulduzlar dünyanın ən varlı prezidentinə qarşı - FOTO
Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Təəccübləndirən məlumatlar
Nebahat Çehre Canan Karataydan üzr istədi-SƏBƏB
Kosmosdan polisə zəng gəldi, işə rəsmilər qarışdı
"Gəlinlik dəbi" moda həftəsində qeyri-standart gəlinliklər təqdim edildi-FOTO
Söz birləşmələri - 2
Wikipedia 250 redaktorla vidalaşdı
Oğlaq bürcü qadını
Hıçqıran körpəyə nə etməli?
Özünü ən sevdiyi məşhura bənzədən 8 insan
Heyvanlar və qorxuları
Baş infeksionist Cəlal İsayev koronavirus peyvəndi haqqında nələr dedi?
Dünyada 100 nəfər qalarsa, onlar kimlər olacaq?
WhatsApp hərəkətə keçdi
Kartof qovurması (foto-resept)
Ermənilərin başına raket yağdırıldı
Boğaz ağrısında təbii müalicə üsulları
Bakının böyük təhlükəsi
İdman və astma
Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi
Sürüşmə sahələri aktivləşib
114 kiloqram arıqlayıb, tanınmaz oldu - FOTO
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir
Türkiyə kurortu sökülür
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Sony "ağıllı" qıfıl satacaq
- ŞƏRHLƏR