Milli.Az-ın aznews.az-a istinadən məlumatına görə, N. Nərimanov tarixin bu günü 1870-ci ildə Tiflis şəhərində anadan olub.
İlk təhsilini ruhani məktəbində alıb. 1890-cı ildə Qori seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. 1891-ci ildə Bakıya gələrək, geniş fəaliyyətə başlayıb. 1894-cü ildə türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil edib. Həmin il N.Nərimanovun “Nadanlıq” pyesi Azərbaycan türkçəsində çap olunub.
Bu dövrdə Nərimanov “Dilin bəlası”, “Bahadır və Sona”, “Nadir şah” əsərlərini, bir çox publisistik məqalələr, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb. 1902-ci ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakültəsinə daxil olub. Nərimanov siyasi fəaliyyətə Odessada başlayıb. 1905-ci ildə “Hümmət” sosial-demokrat təşkilatına daxil olub, bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlayıb, İran “Mücahid” partiyasının əsasının qoyanlardan biri olub. 1908-ci ildə Odessanın Novorossiya İmperator Universitetini bitirib Bakıya gəlib.
1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə Qafqazla əlaqələrini kəsməmiş, yerli mətbuatla fəal əməkdaşlıq edib, mədəni-kütləvi təşkilatların işində çalışıb, həkimliklə məşğul olub. Həştərxan xalq universitetinin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında “Şurayi-İslam” cəmiyyəti adından çıxış edib, Həştərxan Şəhər Dumasının üzvü seçilib.
1913-cü ilin iyulunda Həştərxandan Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı, ədəbi-publisistik və maarifçilik fəaliyyətini davam etdirib, “Pir”, “Bir kəndin sərgüzəşti” əsərlərini yazıb, “Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilib, “Tənqid gecələri” ədəbi dərnəyinin yaradılmasına rəhbərlik edib. “Xalq yurdu”, “Ədəb yurdu”, “Xalq evi”, “El yurdu”, “Qənaət” adlı cəmiyyətlərin təşkilatçılarından və mühazirəçilərindən biri olub. 1914-cü ildə Nərimanov Gülsüm xanım Əliyeva ilə evlənir.
1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilib. Şəhərin sanitar vəziyyəti, şəhər müəssisələrinin, xəstəxanaların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifi və imzası ilə Bakı Xalq Komissarlar Sovetinin kağız pul nişanları buraxılıb. 1918-ci ilin iyun ayında ağır xəstələnərək Həştərxana müalicəyə göndərilib. 1919-cu ilin iyulunda Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri təyin edilib.
1920-ci ildə Azərbaycanda sovetləşmədən sonra Nərimanov xalqın milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirib, milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərib.
Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmişdi, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb, Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməyib. O, milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirib, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırıb. 1922-ci ildə SSRİ MİK-in sədri seçilib. 1925-ci il martın 19-da Moskvada vəfat edib. Onun öz əcəli ilə vəfatı isə hələ də müəmma olaraq qalır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk
- ŞƏRHLƏR