Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.
1919-cu ildə gələcək şairə altı yaşında olanda Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.
İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. "Zəfər nəğməsi" (1943), "Şeirlər" (1949), "Anaların səsi" (1951), "Yol xatirələri" (1957), "Dənizin səsi gəlir" (1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.
Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.
Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir.
Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf" nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB
- ŞƏRHLƏR