Uşaqlar çox kiçik yaşlardan yemək yemək və tualetə getməyin öz əllərində olduğunu dərk edirlər. Onlar başa düşürlər ki, yemək yeyərək və ya yeməyərək ailələrini sınağa çəkə bilərlər. Bir çoxları yemək zamanı yeməkdən imtina edərək diqqəti özünə çəkir, ata-anasını incidə bilirlər.
Qidalanma uşağın sağlam olması üçün lazımlı olduğundan valideynlər bu mövzuda israrla davranırlar. Uşaqları nə qədər çox yesə, o qədər sağlam olacaqlarını düşünərək, onu davamlı yedirməyə çalışır, uşaq yeməyi müxtəlif səbəblərlə rədd etdiyində özlərini pis, müvəffəqiyyətsiz bir ana kmi hiss edirlər. Anasının bu mövzudakı zəifliyini hiss edən uşaq yemə davranışını anaya qarşı istifadə etməyə başlayır. Yedirtmə zamanı ananın kədərləndiyini və ya əsəbiləşdiyini hiss etdikcə uşaq da davranışlarını davam etdirir.
Psixoloq Aynur Əlibəyli deyir ki, yemək yemək uşağın öz əlindədir. Elə uşaqlar var ki, iştahası olsa da, ac olduğu halda anasını incitmək üçün yeməkdən imtina edir. Uşaq elə düşünür ki, yeməkdən imtina etməklə anasını cəzalandırır. Analar da uşağa çox zaman yemədikləri üçün hirsləndiklərini açıq-aydın büruzə etdirdikləri üçün ananın hirslənməsi uşağın xoşuna gəlir. "Uşaqlar yemək yemədikləri üçün arıq, solğun görünə bilərlər. Belə olan uşaqlara çox zaman ətrafdakıların "bu uşağa yemək vermisiniz?", "çox arıqdır, xəstəyə oxşayır", "ac qalır bu uşaq, xəstə olacaq" deməsi, valideynləri bir az da qıcıqlandırır və onlar da istər-istəməz uşağın üzərinə daha çox düşürlər. Uşağa "ye, nə gözləyirsən, acından öləcəksən", "yemirsən məni daha çox incidirsən" deyilməsi uşağı ananı incitməyə daha çox həvəsləndirir. Təsəvvür edin, uşaq yeməkdən imtina edir. Ata-ana əsəbidir. Uşaq arada 1-2 qaşıq yeməkdən yeyir, qusur, tüpürür. Valideynlər gərgindir. Uşaq isə bundan həzz alır".
Psixoloq məsləhət görür ki, yeməkdən imtina edən uşaqların üzərinə çox getməyin. Çünki uşaq təkcə yeməklə deyil, sevgiylə, şəfqətlə böyüyür. "Uşağınızın sağlam inkişafı üçün çox yeməsi önəmli deyil, əsas olan balanslı qidalanmasıdır. Uşağınızı başqa uşaqlarla müqayisə etməyin, hər orqanizmin ehtiyacı və böyümə sürəti fərqlidir. Uşağınızın ehtiyaclarına, sizdən gözlədiklərinə, istədiklərinə qulaq asın. İlk illərdə qidalanma daha əhəmiyyətli bir ehtiyac olsa da, irəliləyən illərdə uşaqlarınızın sizinlə daha çox vaxt keçirmək istəkləri doğacaq".
Ac olan uşaq əvvəl-axır yemək istəyəcək. Həmsöhbətimizə görə, uşağı yeməyə məcbur etmək düzgün deyil. "Çalışın ki, uşaq qidalanarkən masada oturub yesin. Uşaq masaya alışmalıdır".
A.Əlibəyli yemək aralarında uşağa başqa qidalar - peçenye, meyvə, şokolad yeməyə icazə verməyi məsləhət görmür. Dediyinə görə, əgər uşaq yemək yemədən süfrədən qalxırsa, bir neçə saat sonra aca bilər. "Ona çərəz və ya digər xırda qidalar yeməyə icazə verməyin. Yemək zamanı nə qədər əsəbiləşsəniz də bunu uşağa hiss etdirməyin. Yeməyi uşağın qarşısından götürüb və gülümsəyərək, "yemirsən yemə" deyin.
Yeməyini yemədiyi üçün uşağınızı cəzalandırmayın və ya yediyi üçün mükafatlandırmayın".
Yeməyini yeməsi üçün israrçı olmayın, söz verməyin, nağıl və ya hekayələrlə diqqətini dağıdıb, yeməyi ağzına dürtməyin. Yeməklərin hamısını bir-birinə qarışdırıb sürətlə yedirməyin. Buraxın özü qərar versin. "Yeməyi masada yemək lazımdır. Qab əlinizdə arxasınca düşməyin. Heç bir şey yemir, heç olmasa bunu sevir - yesin deyərək, qidalandırıcı dəyəri olmayan, ancaq tez doyuran qidaları uşağınıza yedirtməyin. Uşağınızın yeməklə əlaqədar problemini onun yanında kiminləsə bölüşməyin. Uşaq bunu eşidərsə, sizi zaman-zaman yemək yeməməklə cəzalandırmağa çalışacaq".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Jet sosyete” serialı final edir
Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda hotellərin gəlirləri artıb
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Göbələkli zapekanka(foto resept)
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Kişilərin 6 sirri
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Saç rezini modelləri
Komandan ön cəbhədə
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Tramp yenidən prezidentliyə namizəd oldu
Günün ulduz falı
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Tanınmış obrazlar fərqli qələmdən
Müdhiş layihə - Kosmik internet!
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Obama: İŞİD qruplaşması məhv ediləcək
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Qlobal istiləşmə - Afrikada rekord istilər
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Noyabr üçün dəbli kombinlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Bu maska ilə saçlarınız daha tez uzanacaq
Azərbaycan elminə ağır itki üz verdi
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Meyvələrə tələbat artıb
Aforizmlər
Neftimiz neçəyə satılır?
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
İnstaqramda Yenilik
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Burun qanaxmasının səbəbləri və müalicəsi
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Apple təbiət meneceri axtarır
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Nazik saçlara qulluq
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO
- ŞƏRHLƏR