Həyatımızda müxtəlif xatirələrlə fərqli izlər qoymuş növbəti bir ili geridə qoyuruq. Bu gün ilin son günüdür!
Geridə qoyduğumuz bir ildə sizlərlə birlikdə bir çox uğurlara imza atdıq. Siralarımıza qatılanların sayı hər zaman olduğu kimi hər gün artmaqda davam etdi. Azərbaycanın müxtəlif sahələrdə ən peşəkar, tanınmış qurumları ilə əməkdaşlıq haqqında müqavilələr imzalandı. İlin son günlərində isə MilliNet - Milli İnternet Mükafatına layiq görülməyimiz, həqiqətin bunu söyləməyə imkan verdi ki: bəli, biz bu işin peşəkarlarıyıq, biz bu işdə birinciyik!
Layihənin ötən ildəki uğurları, statistik məlumatlar və bu kimi digər maraqlı məqamları yaxın günlərdə qeyd edəcəyimiz, saytın “5 yaş” təbrikində ətraflı şəkildə qeyd edəcəyik.
Bu gün dünya azərbaycanlıları iki mühüm hadisəni qeyd edirlər! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq dünya azərbaycanlıları, Sizlərin vətənimizdən kənarda qazandığınız bütün uğurları, bizlərin hər biri üçün böyük bir qürur mənbəyidir. Biz hər birimiz eyni vətənin, eyni torpağın, eyni millətin övladlarıyıq!
Bir çox hallarda bir-birimizi tanımadan, bilmədən uzaqlardan da olsa qarşı tərəfə köməklik etməyə, dəstək olmağa can atırıq. Həyəcan keçirir, uğursuzluğa düçar olduqda birlikdə üzülürük. Bu duyğular, Böyük Yaradanımızın insan övladına bəxş etdiyi ən saf, ən ülvi hisslərdir. Varlığımızın dəyərini heç nə ilə ölçməyə imkan verməyən, insan övladına xas olan məhz bu üstün insani keyfiyyətlərdir.
Nə qədər ki, bizlər birlikdəyik, nə qədər ki, bir-birimizə arxayıq – heç kim bizlərə qalib gələ bilməz! Həmrəylik sözü böyük bir məhfumdur. Biz bütün dünya azərbaycanlılarını sözün tam mənasında həmrəy olmağa çağırırıq!
Və təbii ki, eynilə bizim kimi dünyanın bir çox ölkələrində qeyd edilən Yeni ilin gəlişi...
Bu mövzuda çox danışmaq istəmirik. Bütün komandamızla tək hədəfimiz sizlərə faydalı olmaqdır. Ötən illərdə olduğu kimi, yeni ildə də bütün gələcək planlarımız, düşüncələrimiz, görüləcək işlər, yeni layihələr – hər biri məhz sizi düşünərək reallaşdırılır!
Əziz həmvətənlər!
Bizimlə əməkdaşlıq edən dəyərli dostlarımız, bizlərə istənilən mövzuda yorulmadan hər zaman dəstək olan bütün komanda üzvlərimiz və təbii ki, bu günlərə gəlməyimizdə əvəzsiz rolu olan SİZ – dəyərli istifadəçilərimiz!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni ilin gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Sizlərə sağlam, firəvan, xoşbəxtlik dolu həyat arzulayırıq!
Bütün uğursuz günləri ötən ildə qoyaraq, yeni ildə yeni həyata bəyaz bir səhifə açmağınız diləyi ilə...
Allah sizləri arzularınıza çatdırsın! Bayramınız mübarək!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Brent markalı neft 44 dollara satılır
Nanəli şarlotta (foto resept)
Masa arxasında edə biləcəyiniz idman hərəkətləri
Yoluxmalarla bağlı karantinin yenidən sərtləşdirilməsi mümkündür? - AÇIQLAMA
Qadın.Netlilərin evlilik təklifləri (Son)
İPad Air daha yaxşıdır
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
Özümə qavır seçerəm
Şifon donlar
Məşhur serialın aktyorları sevgili oldular
"Qara siyahı"ya 435 nəfər düşdü
Teymur Rəcəbov mübarizəni dayandırdı
Cinayət Məcəlləsində dəyişikliklər edildi
"Ustad" dərgisinin 27-ci sayı işıq üzü gördü!
Bir neçə rayonda qaz kəsiləcək
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Sabahın HAVAsı
“Azerspace”də yeni kanallar
"Sevinc" tortu (foto-resept)
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Hava haqqında - 17.08.2013
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
Müəllimlərlə bağlı yeni qaydalar
Kosmetikamızı özümüz hazırlayaq
Yaxşı evdar xanımsınızmı?
Ən bahalı və ən ucuz ixtisaslar
Qeyri-adi otellər
Sabah yay havası olacaq
Kartofdan hazırlanan börek (foto resept)
Dünyada ən bahalı 10 ev
Çingiz bu gün sonuncu oxuyacaq
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Emina artıq onunla yaşayacaq-FOTO
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu - VİDEO
Günün ulduz falı
Toyuğun dərisini yeməyin! ZİYANLARI
Bir gün internet olmazsa...
Sukerberqin sərvəti 23 milyard azaldı
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Koreyalılar koronavirusu əvvəlcədən PROQNOZLAŞDIRIBLAR
"Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir"
E vitaminindən çox istifadə sümük toxumasına ziyandır
Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
Ana piroqu (foto resept)
Tələbələrə uçan aparatlar veriləcək
Aspirinin bilinməyən faydası tapıldı
Yeni Təhsil nazirimiz kimdir? - DOSYE
- ŞƏRHLƏR