Bütün il narahat etsə də, sellülit və çatlar ən çox yaz aylarında kabus halına gəlir. İncə və nazik paltar geyinərkən qadınlar özlərini narahat hiss edirlər. Amma bu iki problemin çarəsi olduqca asandır: düzgün qidalanma və idman.
Dəri çatları - əsasən qol, boyun, sinə, qarın və bel nahiyəsində əmələ gələn dəri problemidir. Dəri çatlarının əmələ gəlməsinin ən başlıca səbəbi çəkinin tez-tez artıb-azalmasıdır. Çəkisini müvəffəqiyyətlə idarə edən qadınlarda ümumiyyətlə çatlar problemi olmur. Çəkinin normada saxlanmasında ən əhəmiyyətli məsələ qidalarla aldığımız enerjinin gün boyu xərclədiyimiz enerjiyə bərabər olmasını təmin edə bilməkdir. Gündəlik qidalanmada müəyyən normalar vardır. Bundan çoxuna yönəldiyinizdə, artıq kilolar səbəbindən də çatlar qaçınılmaz olar.
Eyni şəkildə, sürətlə arıqlamamaq lazımlıdır. Sürətli çəki itirənlərdə sallanma və çatlara çox sıx rast gəlinir. Ayda 4-6 kq çəki itkisi sağlam qəbul edilir. Bundan daha sürətli arıqlayanlar yalnız sallanma və çatlarla deyil, bəzi sağlamlıq problemləri ilə də mübarizə etmək məcburiyyətində qala bilərlər.
Sellülit - dəri altındakı yağ toxumasının su və duzların şəkil dəyişdirməsi və portağal qabığı görünüşdə bir quruluş meydana gətirməsidir. Sellülitin bir çox əmələ gəlmə səbəbi vardır. Hormonal dəyişikliklər, fiziki fəaliyyətin qeyri-kafiliyi və səhv qidalanma başlıca səbəblərdir. Kişilərdə sellülit olmur. Bunun səbəbi kişi dərisinin qadın dərisinə nisbətən daha dayanıqlı olması və qadın hormonlarına bağlı bir vəziyyətin yaşanmamasıdır. Sellülit artıq kilolardan fərqli olaraq yalnız köklərin problemi deyil. Çox arıq kəslərdə də sellülit əmələ gələ bilər. Sellülitlə mübarizə aparmaq üçün düzgün qidalanmaq lazımdır. Bu problemin yaranması həm də qan dövranı pozğunluğundan irəli gəldiyindən, normal qan dövranına maneə törətməyəcək şəkildə qidalanmaq lazımdır. Bunun üçün gün ərzində kifayət qədər su içilməlidir.
Hər yetişkin insan gündə ən azı 8 stəkan su içməlidir. Xüsusilə isti günlərdə tərlə atılan suyu bərpa etmək üçün içilən suyun miqdarını da artırmaq lazımdır. Sellülitin əmələ gəlməsinə səbəb olan içkilər də vardır. Çay, qəhvə və qazlı sular, tərkibində kofeini çox olan ərzaqlar orqanizmin su itirməsinə səbəb olur. Bu səbəblə həddindən artıq miqdarda qidanlanmaq da düzgün deyil. Həmçinin spirtli içkilər də eyni təsiri göstərir. Qadınlar gündə 1 vahiddən çox spirt qəbul etməməlidirlər. Bu miqdar 1-2 şüşə pivə, 1-2 qədəh şəraba bərabərdir. Duz istifadəsi də əhəmiyyətli bir mövzudur. Gündəlik duz qəbulunun 6 qramdan artıq olması sağlamlıq üçün risk və sellülit təhlükəsi yaradır. Gün ərzində istifadə etdiyimiz yeməklərdən və çörəkdən aldığımız duz miqdarı bədənimiz üçün kafi olduğundan süfrələrə duzqabı qoymaq lazımsız bir vərdişdir. Bundan əlavə, konserv və şoraba kimi qidaların həddindən artıq yeyilməsi də çox duz qəbul etməyinizə səbəb ola bilər. Təzə məhsullara süfrənizdə hər zaman daha çox yer verməlisiniz. Qızartma və qovurma kimi yağ tərkibi yüksək qidalar da sellülitin əmələ gəlməsini sürətləndirir.
Sellülitin ən yaxın yoldaşlarından biri də siqaretdir. Siqaret qan dövranına mənfi təsir göstərməsi səbəbi ilə sellülitin əmələ gəlməsinə zəmin yaradır. Sağlamlıq baxımından riskləri saymaqla bitməyəcək olan siqaretin həyatımızdan çıxarılması həm həyat keyfiyyətini artırar, həm də sellülitin yaranmasına mane olar.
Nizamlı olaraq məşq etmək - arıqlama zamanı əmələ gələ biləcək sallanma və çatlaqların qarşısını almaq və sellülit problemini həll etmək üçün ən təsirli yollardan biridir. İdman hərəkətləri əzələləri gücləndirmək və gündəlik enerji sərfini artıraraq yağ toxumasının miqdarını azaltması səbəbi ilə bu problemlərin də önünü ala bilər. Həftədə ən azı 3 dəfə 45 dəqiqəlik ürək-damar məşqi və dartma məşqlərindən ibarət olan bir proqram təşkil etmək lazımdır. Yaz idman növlərindən olan üzgüçülük də bir çox əzələni eyni anda işlətdiyi üçün bu problemlərin öhdəsindən gəlməkdə sizə köməkçi olacaq. Məşq etmək fürsəti olmayanlar gündə ən azı yarım saat templi addımlarla gəzməlidir. Havanın isti olmağını nəzərə alsaq, yay aylarında axşam vaxtı ediləcək gəzintilər sağlamlıq üçün daha məqsədəuyğundur.
Sizlərə sağlam günlər diləyirəm.
XƏBƏR LENTİ
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
Yeni il üçün hədiyyə seçimi
Kakaolu şirniyyat (foto-resept)
Qırışlardan xilas edən maska
Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Melaniya Trump bu dəfə də Maykl Cekson kimi geyindi-FOTO
Ən çox kim “selfie” çəkdirir?
Hacamat
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bu da internetlə bağlı statistika
"Şeyla" tortu (foto resept)
Paris Moda Həftəsində üst geyimlər
Suxarili badımcan salatı (foto resept)
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Sandra Ballokdan ŞOK ETİRAF
Dincəlmək niyə daha çox yorur?
Amerikanın kəşf edilməsi
Bomj lotereyada yarım milyon qazandı
Acından ölən ağaclar və ya sərvətimiz...
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Futbolçularımız uduzanda cərimələnəcək?
Məşhur cütlüklərin tanışlıq hekayəsi
"Şrek" qərarını verdi
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Hava haqqında
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Qadin.Net - 5 YAŞ
3 saatda 34 min xərclədi
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Kəsmikli gül peçenyesi (foto resept)
İslamda qeybət edənin cəzası
Qoltuqaltı ləkələr üçün maskalar
Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ
Tost çörəyi şirniyyatı (foto resept)
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Görməniz lazım olan yerlər (2)
Gözəl üzüklər
HAVA necə olacaq?- 21 APREL
Bakının məşhur dairəsi dəyişdirilir
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Saç tökülməsinə qarşı maska
Sonsuzluğun çarəsi tapıldı
Azərbaycan ordusu
Ağrınız varsa nanə qəbul edin.
Yay heyvanlar üçün nə deməkdir?
- ŞƏRHLƏR