Dövlət Bayrağı Günü
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilir:
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bayramınız mübarək!
XƏBƏR LENTİ
Ermənistanda bundan sonra nə olacaq?
Məşhur futbolçu Pamella Andersona XƏYANƏT etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -1 İyun
Bu gün Milli Qurtuluş Günü qeyd edilir
BÜRCLƏR bizə nə vəd edir? - 24 APREL
Zəlzələ binalara ziyan vurdu
Vaxtının bir saatını
Polaroid yeni planşet satacaq
Gecə geyimləri
Bu günün hava proqnozu - 04.11.2013
Daha bir əsgərimizi itirdik
Ucuz qurbanlıq ətlər satılacaq
Rus dilində imtahan verəcək abituriyentlərin nəzərinə qaydalar dəyişib
Bakıda ilkin mənzil bazarında qiymətlər necədir?
Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)
Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?
Vanqanın 2020-ci il proqnozu
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Bakıdan Ankaraya sərnişin qatarı açılır - QRAFİK - QİYMƏTLƏR
Azərbaycan-Türkiyə orudusu təlimlərə başladı
Xankəndi və Şuşada Azərbaycan mobil şəbəkəsi fəaliyyətə başladı
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bu gün Fikrət Əmirovun doğum günüdür
Hansı ev bitkiləri havanı təmizləyir?
Dünyadakı “Ən”lər silsiləsindən
Marsın səthində qeyri-adi KƏŞF
Qarabağın böyük tarixi abidəsi - Qaraköpəktəpə
Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?
Ulduzlar Şahmarın gözüylə....
Romantik olmayan qadınlar (1)
Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular - VİDEO
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
“Barselona”da “təmizləmə” işləri
Gürcüstan Prezident seçir
Sobada qızarmış tərəvəzlər (foto resept)
Bunları tozsoranla təmizləməyin
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Xəzər dənizi "azad edilir" - hasarlar sökülür
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
Azərbaycanlı yazıçı ABŞ-da ilkə imza atdı
Zabit Səmədov Dubayda döyüşəcək
Bakıda mərkəzi yollardan birində hərəkət məhdudlaşdırlacaq
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Günün qoroskopu - 31.10.2013
Günün qoroskopu: Uğurlu gündür!
2020-ci ilin trend saç modelləri
Fəxri adlarla bağlı nazirə müraciət olundu
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Azərbaycanlıların Facebook sevgisi
- ŞƏRHLƏR