Danılmaz faktdır ki, uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür. Cizgi filmlərinin uşaqların psixoloji durumuna da təsiri az deyil. Bu baxımdan da uşaqların baxdığı cizgi filmlərinin psixo-pedaqoji mahiyyətini bilmək vacibdir.
Psixoloq Günel Ağayevanın sözlərinə görə, düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir: "Lakin elə səviyyəsiz cizgi filmləri var ki, uşağın tərbiyəsinə mənfi təsir göstərə bilər. Belə ki, xüsusilə də müasir cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə çox tez-tez rast gəlinir. Bu səbəbdən də valideynlər uşaqları üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi məqamlara diqqət yetirməlidirlər".
G.Ağayeva bildirib ki, cizgi filminin konkret süjeti olmalıdır: "Təəssüf ki, müasir cizgi filmlərinin əksəriyyətinin heç bir süjeti yoxdur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə ondan qaçır. Bu cür görüntü və dinamika uşaqları cəlb etsə də, cizgi filminin heç bir mənası yoxdur. Bu cür cizgi filmləri uşaqlara heç nə öyrətmir, heç nəyi onlara izah etmir, uşaqların əqli inkişafına da müsbət təsir göstərmir".
Həmsöhbətimizin dediyinə görə, cizgi filmində dəqiq və məntiqli sonluq olmalıdır. Bu gün əksər cizgi filmlərində bu yoxdur. Belə ki, bir seriyada cizgi filmi qəhrəmanının başına ütü düşür, odda yanır, amma elə həmin seriyanın digər hissəsində həmin qəhrəman salamat olur. Bu isə uşaqlarda təhlükəli fəsadlar yaradır.
Onun sözlərinə görə, çox vaxt cizgi filmləri məntiqə əsaslanmır: "Fikir vermisizsə, əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir seriyada bir neçə dəfə dəyişir. Bu tip cizgi filmi izləyən uşaqlarda məkan qavrayışı formalaşmır. Belə ki, həmin uşaqlar harda gəldi, necə gəldi davranırlar. Dükanda, həyətdə, maşında və digər yerlərdə davranış qaydalarını pozmağa meylli olurlar.
Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir. Cizgi filmlərində mənasız dinamik hərəkətlər əvəzinə öyrədici süjetlər olmalıdır. Sevindirici haldır ki, uşaqların biliyini, dünya görüşünü artıran cizgi filmləri də kifayət qədər var. Valideyn də çalışmalıdır ki, məhz bu cür faydalı cizgi filmlərini seçib övladlarına göstərsinlər. Çox vaxt isə valideynlər buna ciddi əhəmiyyət vermir. Və uşaq sakit dursun deyə televiziyada uşaqlar üçün nəzərdə tutulan, bir-birinin ardınca müxtəlif növ cizgi filmlərinin verildiyi kanalları qoşurlar".
Ağayeva cizgi filmlərində hədsiz aqressiyanın nümayiş olunmasını arzuolunmaz sayır: "Cizgi filmləri aqressiyanı deyil, mehribanlığı, insansevərliyi tərənnüm etməlidir. Lakin hal-hazırda yayımlanan əksər cizgi filmlərində bunun tamamilə əksi nümayiş olunur. Bir-birilərini vuran, döyən, incidən cizgi filmi qəhrəmanları uşaqlar üçün çox pis nümunədir. Biz uşaqlarımıza nəyə görə belə cizgi filmlərini göstərməliyik?"
Cizgi filmi düzgün seçilsə belə uşaqlara uzun müddət televizorun qarşısında oturmaq məsləhət deyil. Psixoloq bildirib ki, cizgi filmlərinin müddəti uşaqların yaşlarına uyğun olmalıdır. Uşaqların televizoru izləmə müddəti hər yaşa görə müxtəlifdir. Uşaq televizora baxarkən valideyn mütləq bunu nəzərə almalıdır. Belə ki, 3 yaşa qədər uşaqlara televizora çoz az baxmaq olar. 3 yaşında isə uşaqlar artıq 20-30 dəqiqə olmaqla gündə 2 dəfə və ya gündə 3 dəfə cizgi filminə baxa bilərlər. Bu zaman uşaq televizora hər dəfə 10 dəqiqə baxmalıdır. 4 yaşında isə uşaqlar 30-40 dəqiqə olmaqla gündə 3 və ya 4 dəfə, hər dəfə də 10 dəqiqə olmaqla cizgi filminə baxa bilər. 5 yaşında uşaq artıq 1 saat ərzində televizora baxa bilər. Hər dəfə 20 dəqiqə olmaqla gün ərzində 3 dəfə, 6 yaşında 1 saat - 1 saat 30 dəqiqə ərzində televizora baxa bilər. Bu zaman fikir verin ki, hər dəfə 30 dəqiqə olmaqla uşaq gündə 2 və ya 3 dəfə televizora baxmalıdır. Sonrakı illərdə isə 2 saata qədər baxa bilər. Yaxşı olar ki, uşaq televizora baxarkən valideynlərdən də kimsə uşağın yanında durub ona nəyin baş verdiyini anlatsın.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Banklar məzənnələri yenilədilər
Aleyna Tilki paylaşımı ilə Gündəmdədir
Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili tərcüməçiləri hazırlayacaq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
İŞİD-ə qan udduran qadın
HAVA necə olacaq?- 3 fevral
"Yeşilçam"ın məşhur aktyoru öldü
Ribeyro Lənkərana gəlir
Bir az gülək
Ruslar Azərbaycan narından məhrum oldular
Sadə tutmac (foto-resept)
İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı
Oğlaq və Oxatan bürcü uyğunluğu
Bu şəxslər təhsil haqqından azad olunur
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bu dəfə də "Eurovision"a onu göndərirlər - Video
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Üç zəvvarımız öldü
"Ustad" dərgisinin 15-ci sayı nəşr edildi!
“Twitter” Ceyhun Bayramovun hesabını bərpa etdi - YENİLƏNİB
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Sobada soğan halqası (foto resept)
Məşhurların Helloun kastyumları-FOTO
İlon Mask dünyanın ən varlı adamı oldu
Dünyanın ən qəribə masajı
Kələmli qarğıdalı salatı (foto resept)
Eynəkli xanımların makiyaj xətaları
Bəzi sabunların faydaları (I hissə)
40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı
Bakıda Beynəlxalq Təhsil və Karyera Sərgisi başladı
Uşaqları zəhmətə necə təşviq etməli?
Əsəblərimizi necə cilovlayaq?
2018-in estetik trendi; təbiilik
Vanilli pudinq (foto-resept)
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Bu çiçəkləri ilk dəfə görürsünüz
İdeal sevgili
2013-cü il məzun gecəsi paltarları
Işın Karaca etiraf etdi
Şimşək çaxacaq, yağış yağacaq
Dünyanın ən gözəl 6 kitabxanası
2020-ci ilin 6 dəbli rəngi
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Qarabağda zəncirvari savaş
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Türkiyə Lavrovu ölkəyə buraxmadı
117 yaşlı qadın yeni rekorda imza atdı
Fahriye Evcen kökəlməsi barədə yazdı-FOTO
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
- ŞƏRHLƏR