Səma ilə Xəzərin birləşdiyi üfüqdə Günəş görünməyə, hava işıqlanmağa başlayanda Dənizkənarı Milli Parkda ilk ayaq səsləri eşidilir. Uşaq arabacığının ardınca asta-asta yeriyən nənə nəvəsinin xoş səhər havasında mışıl-mışıl yatdığını seyr edib məmnunluqla gülümsəyir. Sübh tezdən, nə qədər ki parka gələnlərin sayı hələ çox deyil, sahil boyu qaçmaq istəyənlər də öz arzularını yerinə yetirirlər. Gərgin iş günündən əvvəl bir-iki saat burada dincəlmək, dənizə tamaşa etmək istəyənlər də az olmur. Adətən, sadəcə "bulvar" adlandırdığımız Dənizkənarı Milli Parka gündüzün istili, bürkülü çağlarında gələnlər, təbii ki, sərinlik axtaranlardır. Axşam düşəndə isə şəhərin hər tərəfindən buraya insanlar axışır. Əyləncə yerlərində yelləncəkdən- yelləncəyə can atan, ata-anası ilə birlikdə qayıqda üzən uşaqların sevinci aşıb-daşır. Dənizkənarı Milli Park həm də köhnə dostların, tanışların görüş yeridir. Onların kövrək xatirələri ləpələrin səsinə, fəvvarələrin şırıltısına, yarpaqların pıçıltısına qarışır. Gecədən xeyli keçənədək parkdan izdiham çəkilmir. Odur ki, "bulvar sutka boyu boş olmur" deyənlərin sözündə bir həqiqət var. Axı o, olsa-olsa, yalnız gecədən xeyli keçəndən səhərin alaqaranlığına qədər Xəzərlə və şirin yuxuya getmiş şəhərlə təkbətək qalır... Elə bil cəmi bir neçə saatlığa uyuyur ki, sabah yenidən qoynunu Bakının sakinləri və qonaqları üçün açsın.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yer üçün təhlükə: sentyabrın 1-də...
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Azərbaycanda erkən nikahlarla bağlı son 14 ilin statistikası
Qayınana da anadır, gəlin də...
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Mini alman piroqu
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
HAVA necə olacaq?
Albalı limonad (foto resept)
Türkiyədən həcc ziyarəti ilə bağlı şok təklif
Dəbli boyunbağılar
Quru saçlar üçün baxım
24 mindən çox sorğu blankı elektronlaşdırılıb
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Bakıdakı bahalı avtomobil dayanacaqları
Azərbaycanda əhalinin sayı nə qədərdir?
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Qarabağdan danışdılar
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Pensiyaların verilməsinə başlanılır
Mənim əl işlərim
Hər ay bir şəhzadəyə çevrildi
Azərbaycanda sümük müalicəsi sahəsində yenilik
Ziyafət geyim modelləri
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Yaponlar virtual valyuta buraxdılar
Yaponlar tərcüməçi eynək hazırladılar
Bulqurlu yaz salatı (foto-resept)
Hər kəsi aldadıblar - FOTO
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Bütün ilboyu yay
Zəlzələ binalara ziyan vurdu
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Qar Avropa və Amerikanı ağuşuna alıb
Aleyna Tilki dava saldı-VİDEO
Maraqlı və lazımlı məsləhətlər (1)
"Gəlin barmağı" tortu (foto resept)
Sabahın HAVAsı
Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Yağışdan da elektrik alınacaq
Dərdin ən böyük dərmanı - təsəlli
Dəri pencəklər
- ŞƏRHLƏR