Oxucular tərəfindən bizə ünvanlanan müraciətlər arasında sosial sığorta onun mahiyyəti və əhəmiyyətinin nədən ibarət olmasına dair məsələlər də yer alır.Bununla bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirir ki, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.Belə ki, itirilən gəlirlərə əməkhaqları, əməkhaqqına əlavələr, başqa ödənclər və digər xərclər daxildir: "İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər Əmək Məcəlləsi, "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunlar və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir".Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə Əmək Məcəlləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.Onun sözlərinə görə, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir.Qanunverciliyə əsasən, işçilərin sosial sığortası icbari dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. İşçilərin icbari dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər: "İşəgötürənlər işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək kollektivini və ya onların ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını keçirə bilərlər".Hüquqşünas bildirib ki, sığorta olunmuş işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş dövlət sosial sığorta şəhadətnaməsi verilir. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aclıq hissini öldürməklə arıqlamağın yolları
Evdə"şirin" epilyasiya
Ərzaq məhsullarının qiymətləri ucuzlaşıb
Pul sizin üçün nədir?
İrem Derici 40 kq arıqlayıb-FOTO
Yaşıl çay qocalıqda iş qabiliyyətini saxlamağa kömək edir
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir
Solğun dərilər üçün maska
İranla sərhədimiz tam açılır
Məşhur müğənni pulsuzluqdan gileyləndi
Hindistanın 70 illik müstəqilliyi münasibətilə Bakıda möhtəşəm Bollivud gecəsi keçiriləcək - FOTO
Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
Günün ulduz falı
Megan qısa geyimi ilə diqqət çəkdi-FOTO
"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"
Onlar bizi belə aldadırlar
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Günün ulduz falı
Yeni ildə nə geyinəcəksiniz?
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İlham Əliyev fəxri adlar verdi
Unudulmaz tərz sahibi: Farah Fawcett
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
10 sentlik sikkə 1,32 milyon dollara satıldı
Mövqelərimiz atəşə tutulub
Bu il məhsuldarlıq aşağı ola bilər
Duyğusal yemə ilə necə başa çıxmalı?
İŞİD Bağdada girdi: 1000 ölü
İslanmış mobil telefonu xilas etməyin yolları
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
Trampın malikanəsi satılır - FOTO
Günün ulduz falı
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Bu günün hava proqnozu
Çimərlikdəkiləri heyran qoydular
Yağan aramsız yağışlar daşqınlara səbəb olub
Sürətli oxu - 7
Dünyaca məşhur şou bağlandı-SƏBƏB
Baxılması lazım olan 15 portret fotosu
Yerkökünün faydaları
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Cehiz alış-verişi
İquain almanlara meydan oxudu
Alexa Chungın dəbli donları
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
- ŞƏRHLƏR