Sən gedirsən...
Uzaq-uzaq ünvanlara
Qanadlanmış xəyal kimi, duyğu kimi
Sən gedirsən...milyon-milyon xatirənin arasından,
Sən gedirsən, icin-icin həsrətinlə qaysaqlanmış ürəyimin yarasından.
Sən gedirsən...
Söylə neyçün?
Söz demədən, son sözünü söyləmədən
Niyə belə edirsən?
İçimdəki harayımı ovutmadan axı hara gedirsən?
Getmə dayan...
Heç olmasa qoy əksini gözlərimə həkk eyləyim,
Bir az gözlə...
Bu məhhəbbət oylağını əvvəlki tək qoy səninlə
Tərk eyləyim.
Əgər getsən hayqıraram, kükrəmiş bir dəniz kimi
Vulkan kimi,
Dəli kimi qıy vuraram, balasından ayrı düşmüş yaralı bir tərlan kimi
Getmə dayan!
Heç olmasa son dəfə də gözlərinə baxım barı,
Birdə çətin görə biləm, gözlərimə qəsd eyləyən baxışları
Sən gedirsən...
Düşünmürsən qəm karvanı, taleyimə cığır salar, yol salar
Hicran ağac qurdu tək ürəyimi parçalar.
Yadındamı? İlk görüş?
Səni gizli süzərdim
Baxışımı boynuna mirvari tək düzərdim,
Sənə çiçək dərəndə kədərlənib durardın,
Gülü dərməzlər deyib,
Hay-həşir qoparardın,
Məni suçlu sanardın.
İndi mənim taleyim bir gülə dəyməz oldu,
Üzülməyən iradəm, yenə üzülməz oldu.
Ümüdümü qırmağa bəlkə savab deyirsən?
Sənki rəhimdil idin niyə belə edirsən?
Gəl aparma özünlə daha belə günahı,
Tutar səni, tez tutar əzablarımın ahı
Sən gedirsən...
Elə bil dünya işıqsız qalır, yaraşıqsız qalır,
Kədər adlı dünyama, yeni kədər boylanır.
Vədənin yel qanadında
Gəldi çatdı sonuncu an,
Mənsə yenə yalvarıram
Dayan!dayan! bir az dayan!
Sən gedirsən...
Asta-asta, aram-aram
Düşünməki daha varam
Səndən sonra sənsizlikdə
Bir əbədi yadigaram!
Qayıtma daha
Çıxıb getdinsə birdəfəlik get,
Bu sınıq qəlbimə qayıtma daha.
Məni tərk etdinsə, ömürlük tərk et,
Məhv olmuş dünyama qayıtma daha.
Sev bir başqasını, sev məndəndə çox,
Etdiyin günahçün sən Allahdan qorx.
Sənə bir damlada artıq sevgim yox,
Boş qalmış qəlbimə qayıtma daha.
Peşiman olsanda sən məni unut,
Axan göz yaşımı sevginlə qurut.
Uzaqdan sən mənim könlümü unut,
Ümüdsüz qəlbimə qayıtma daha!
Müəllif: Abbas Alazanlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Siqareti atmaq üçün az bilinən üsullar
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Milli Məclisə notebookla giriş də qadağan olundu
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb
Günün qoroskopu: ən sadə problemlərin həlli çox vaxt alır
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Ceki Çan yeni filminin təqdimetmə mərasimində
Bananlı keks (foto-resept)
Fransız qadınlarının gözəllik trendləri
Dəbli ayaqqabılar
Ağacdan hazırlanmış heyvanlar
Hündürdaban ayaqqabılar
Sosial şəbəkələrdə parollar dəyişdiriləcək
Hicablı xanımlar üçün
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Yay vaxtına keçid bizə nə verir?
Qışda dəbli görünməyin yolları
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Dünyanın yaxşı yer olduğunu göstərən şəkillər
Bu qız piyada gəzmir və Tanrı sayılır
Ramazan təqvimi ilə bağlı xəbərdarlıq
Yazın 10 super qidası
Sabahın HAVASI
Gündəlik geyim üçün kombinlər
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hava haqqında
Məntiqi suallar
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Ukrayna telekanalları Azərbaycan peykinin resurslarına keçirilir
ABŞ Azərbaycana investisiyaları artıracaq
Çin dollar satışını məhdudlaşdırıb
Möcüzəvi təbiət hadisələri
Tətil üçün don modelləri
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Yumurta ağı ilə gözəlləşin
Sinem Kobal doğulacaq körpəsi üçün 40 min xərclədi
Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?
Siqaretin qiyməti niyə qalxır?
Maaşlar nə vaxtdan qalxır?
Papa yalvarmalı oldu
Athleisure dəbi necə olmalıdır?
Şahmatçılarımız almanlarla görüşəcəklər
Anqola milli komandamızı irəli saldı
Günün ulduz falı
Ərdoğandan möhtəşəm film
Azərbaycan Ordusunun hərbçisi şəhid oldu
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Azərbaycan əsgərləri Əfqanıstanda
Tuba Büyüküstün də “Netflix”də
- ŞƏRHLƏR