Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozması ilə bağlı “Ey Ermənistan, izləyən var!” (Hey, Armenia, Someone is watching! https://pulsenewsmexico.com/2020/07/15/hey-armenia-someone-is-watching/) başlıqlı məqaləsi dərc olunub.
Qadin.Net bildirir ki, Azərbaycanın Meksikadakı səfirliyindən apa-ya verilən məlumata əsasən, məqalədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal edildiyi, 800 mindən çox azərbaycanlının doğma yurdlarından didərgin salındığı bildirilir. Həmin dövrdən etibarən işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunun tanındığı və BMT TŞ tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi, lakin bu günə qədər Ermənistan tərəfindən bu sənədlərə məhəl qoyulmadığı vurğulanır.
Bütün bunlara baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu qeyd olunur. Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmadığı vurğulanır.
Məqalədə həmçinin rəsmi Yerevanın beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə edilən çağırışlara məhəl qoymadığı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər resurslardan istifadə etdiyi qeyd olunur.
Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə törətdiyi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən hiss edilməyəcəyini düşünən Ermənistan 12 iyul tarixində yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub.
Məqalədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı 14 iyul tarixində Azərbaycan ordusunun 11 hərbiçisinin həlak olduğu qeyd olunur.
Müəllif bildirir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə beynəlxalq ictimaiyyət tərəfindən son qoyulması istiqamətində ciddi addımlar atılmadığı təqdirdə bu ərazi münaqişəsi davam edəcək.
Sonda müəllif, Ermənistanın işğalçı siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən artıq dözülməyəcəyinin göstərilməsinin vaxtı çatdığını bildirir.
XƏBƏR LENTİ
Ermənistanda zəhərlənmə
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
HAVA necə olacaq? 14 İyun
Hande Yener ərə gedir?
Obama tarixi Kuba qərarını verdi
Darçınlı bisküvit (foto-resept)
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq
Yevlaxda qeyri-adi olay
Bu ölkədə internet 2 il pulsuz olacaq
Bu gün imtahan olacaq
Aslılıq yaradan qidalar
Hikmət Hacıyev: “Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir”
Azərbaycanda daha iki şəxsdə COVID-19-a yoluxma faktı qeydə alınıb
2013-cü il ən isti illərin onluğuna düşəcək
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq
Kiyevdən Türkiyəyə xain zərbə
Saçların ombre rənglənməsi
Modabaz kişi geyimləri
Münasibətiniz haqqında bilməli olduğunuz 4qayda
Bakı tıxaclarına son
Kredit borcu yalnız o halda bağışlana bilər ki ..
Məşhur vampirin qəsri satışa çıxarıldı
Bakıda qəbristanlıq rəzilliyi: Zibilləri məzarlığa kimlər atır?
Qaragiləli dondurma (foto-resept)
Emin Bakıda film çəkir - FOTO
Sitatlarımız - IV hissə (Son)
Bir ailədən müharibəyə gedən beş nəfər
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Mobil telefonun gözəlliyə vurduğu zərbəni bilirdiniz?
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Milyader olmadan əvvəl necə görünürdülər?
Yağlı və quru dəri üçün maska
Fransa yenidən karantin elan edir
Fransız dili - Dərs 8
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Marsa pilotlu uçuşun vaxtı açıqlandı
Medusa
Yüz yaşını qeyd edən yaponların sayı 70 min nəfəri ötüb
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Sabahın HAVAsı
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Dayəni necə seçməli?
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Polşada üç həftəlik ümumxalq karantini başlayır
Viktoriya Bekhemdən FOTOsessiya
Pəncənizə görə xasiyyətinizi öyrənin
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Suqovuşandan yeni görüntülər yayıldı
Günün qoroskopu: qarışıq, laübəli gündür