Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək, Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.
Hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək, sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi Sardaryanın etiraflarını təqdim edir:
- Özünüzü təqdim edin.
- Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, iki uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.
- Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi?
- Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibət göstərdilər, atəş açmadılar.
- Sərhəddi necə keçdiniz?
- Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.
- Sizə qarşı hansı haqsızlıqlar olub?
- Mənə qarşı çox haqsızlıqlar olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20000 dram pul istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.
- Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiniz?
- Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 200 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.
- Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?
- Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.
- Ermənistan ordusunda ümumi vəziyyət necədir?
- Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir. Orduda hərbiçilərin narkotik yetişdirib satmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.
- Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?
- Mən Sərhəd Qoşunlarının Vanadzordakı 5060 saylı və Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm. 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər iştirak etmirdi.
- Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?
- Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.
XƏBƏR LENTİ
Milano Moda Həftəsi: 2021 yaz/yay dəbi
Ağ kələmin 4 şəfalı xüsusiyyəti
İtmiş şəhərlər
Hollivud gözəllərinin arıq qalma sirləri
Nikaha görə tibbi yoxlama həmişə effektlidirmi?
Qəbul imtahanların TARİXləri açıqlandı
Kamran Ağayev - Azərbaycan yığmasının ən yaxşısı
Mərciməkli kuskus plovu (foto resept)
Məşhur yazara vəzifə verildi
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Ancelina Colinin oxşarı-FOTO
1-ci sinfə qəbul başlayır
Hava haqqında
Vanqa - həyatı haqqında bilmədikləriniz
Hamamdakı sarı ləkələri necə təmizləməli?
Çinli koronavirusdan qorunmaq üçün zürafə kostyumu geyinmək qərarına gəldi - VİDEO
Badam yağı qaş və kirpik uzadırmı?
Doğru geyim alın
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Adriana Lima ƏSƏBLƏŞDİ-SƏBƏB
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
İnsan
Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
Payız depressiyasından xilas olmağın yolları
Məşhurları daha əvvəl belə görmədiniz
Gəlinliklərdə Meghan Markle tərzi
Arda Turan ilk dəfə oğlunu göstərdi - FOTO
“Qara qızıl” kəskin bahalaşdı
Saç düzümləri
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Ağcaqanad boyda düşüncə
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Azərbaycanda mənzillərin qiyməti artıb
Dünyanın ən zəngin şəhərləri
Ad günü keksi
Rayona iri buz parçaları yağdı, ciddi fəsadlar yarandı
Qar və buz festivalı
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
Londonda unikal Xocalı aksiyası
Çörəyin qiyməti artacaq?
Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi - RƏSMİ
Qadağan olunmuş şəhər
Qaymaqlı - şaftalılı piroq (foto resept)
COVID-19-la bağlı son STATİSTİKA
Bu il bizi bizi nələr gözləyir?
Mikayıl Cabbarov məktəblərlə bağlı əmr verdi
Limonlu keks (foto resept)