Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələdə doğulub. Orta məktəbi Sumqayıt şəhərində bitirib. Ali hərbi məktəbi Azərbaycanda, akademiyanı isə Türkiyədə oxuyub. Polad Həşimov 2003-cü ildə, mayor qismində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə Polad Həşimov artıq polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb
Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.
O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.
Əsgərin yanında olan general-mayor
"Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi", Seymur Kazımov Polad Həşimov haqqında danışır.
"O, hər dəfə deyirdi ki, əsgər zabitərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu,"- Seymur Kazımov deyir.
Jurnalist deyir ki, general-mayorun ölümü onun üçün çox ağırdır.
"Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı," jurnalist deyir.
Seymur Kazımov 2 dəfə general-mayorun cəzasına da məruz qaldığını xatırlayır.
"…bir dəfə yayın istisində mənə stadionu 10 dairə qaçırtdı, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim", o deyir.
"2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik".
Amma Seymur Kazımov 2018-ci ilin mart ayıda komandirinin adına olan təpəyə baş çəkə bilib.
"Talış yükəkliklərində 7 döyüş postu var. Biri "Polad postu" adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər", o deyir.
2011-ci ildə Kəlbəcər ərazisindən qızıl çıxarılması və daşınmasına mane olmaq üçün şəxsən özünün başçılıq etdiyi əməliyyatla əsas dağlarda yerləşən ən vacib mövqeni ələ keçirərək, Azərbaycanın təbii sərvətlərinin düşmən əlinə keçməsinin qarşısını almışdı. Artıq Ermənistan üçün Kəlbəcər qızılını çıxarıb Yerevana nəql etmək qeyri-mümkün əməliyyatlardan birinə çevrilib.
Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi.
Qeyd edək ki, 2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2019-cu ildə isə general-mayor rütbəsinə layiq görülüb.
Bir çoxları general-mayor Polad Həşimov haqqında öz xatirələrini bölüşüblər.
Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlərin qiyməti bahalaşıb
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Toyuq suyuna şorba
İki rayonun inzibati ərazi bölgüsünə dəyişikliklər edildi
Uşaqlarımız niyə ağlayırlar?
Günün ulduz falı - 03.02.2014
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Hikmətli sözlər
Hava haqqında
Dərman bitkilər
Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Ən çox hansı bürclər varlı olur?
Cansu Dere ekranlara qayıdır
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
Ericsson Apple-ə qarşı
Gümüş aura nədir?
Məşhur kaskadyor həlak oldu
Xəyallarını de, düşüncələrini göstərim
Azərbaycanda keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı
Autizm
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Mart ayının qalibləri!
10 çeşiddə YAY FƏSLİ komplekti
Məşhur türk aktrisası nişanlandı-FOTO
Balıq buğlaması (foto resept)
Bu adam benzin içərək yaşayır
Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"
Məşhurlar 80-ci illərdə
Günün ulduz falı - 16.02.2014
Xanımlar, gözəlliyə belə qurban gərəkdir?
5 gün iş olmayacaq
Aslı Enver və Özcan Deniz İsrailə getdi
İlham Əliyev: "Rüşvət o vaxt verilir ki..."
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Noutbukun üstünə su dağılarsa nə etməli?
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Manatın ikinci devalvasiyası qaçılmazdır
TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır
Özünü məşhur aktrisalara bənzətdi
Qoltuq altı qaralmaları necə yox edək?
Azərbaycanın poçt xidmətində yenilik
Yeni serial başlayır-"Kızım"-VİDEO
Naftalan neftinin sirri nədir?
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Hava haqqında
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Fahriye Evcen Burak Özçivitin filminin qalasında GÖZ QAMAŞDIRDI - FOTO
Sevmək-sevilmək, gözəllik, xeyirxahlıq var ikən...
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO