Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.
Araşdırmalar göstərir ki, uzun müddət keyfiyyətsiz karbohidrat yemək ürək xəstəliyi riskini 20 faiz artırır.
Endokrinoloq, tanınmış professor Abdülkadir Ömər “Hansı çörək sağlamlığımız üçün zərərsizdir” sualına cavab verib. Professor çörəyin bədən üçün faydalarından da söz açıb.
- Çörək yemədən doymaq mümkündürmü?
- Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.
- Çörəyin faydaları nələrdir?
- Çörək karbohidratla yanaşı protein, lif, kalsium, fosfor, B1, B6 vitaminləri baxımından da zəngin qidadır. Odur ki, təbii çörək zehni və fiziki sağlamlığın qorunmasını təmin edir. Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.
- Təbii çörək hansıdır?
- Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.
- Hansı karbohidratlı qidalar zərərlidir?
- Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.
- Gündə neçə dilim çörək yeyilməlidir?
- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq. Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Müəllimlərlə bağlı yeni qaydalar
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Şəkidə "Şəhər günləri" start götürdü
Tuşdan istifadə qaydaları
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
Uşaqlara düzgün tərbiyə veririkmi?
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Qısqanclıq hissi nədən yaranır?
Kanada İŞİD-i bombaladı
DİQQƏT! Günvurma zamanı İLK TİBBİ YARDIM belə olmalıdır
Dünya qara buğdaya meyl edir
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Günün qoroskopu: atdığınız addımları təhlil edin
“Samsung Galaxy S9”un təqdimat tarixi açıqlandı
Günün qoroskopu: qarışıq, laübəli gündür
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Dünyanın ən qorxunc yerləri
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Ermənilərə yeni silahlar verildi
Pensiyaçıların NƏZƏRİNƏ!
Sevginizi qorumaq üçün 5 tövsiyə
Pomidorun orqanizmə xeyri
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Kristal göz yaşı axıdan qızın SİRRİ AÇILDI
Şəkər qəbulunu azaltmağın yolları
İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel
Hava haqqında - 19.08.2013
Alimlər bioloji həyatın ola biləcəyi yeni planet aşkarlayıb
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Arıqladan yay meyvələri
Azərbaycanda süni mayalanma reklamı QADAДћAN EDİLDİ
Özcan Dəniz qalmaqallı FOTO paylaşdı
Mozaika ilə ev dekorasiyası
Qaynana gəlin münasibətləri
Bu məscid sadəcə qadınlar üçündür
İki dəfə məzara girən dahi
"PANTER GÖZÜ" MAKİYAJININ FOTODƏRSİ
Cazibədar polis FOTOları ilə diqqət çəkdi
Prezident iki icra başçısını işdən çıxardı
Bu şəxslərin pensiya yaşı azaldılır
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Ərdoğandan gözlənilməz addım
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Ancelina Coli soyadını dəyişdirdi
Dünya şöhrətli müğənni: “Bu dünyada qadın kimi yaşamaq asan deyil” - FOTO
Doğa əkizlərinin FOTOsunu paylaşdı
Miranda Kerrin stili
Günün qoroskopu:Uğurlu gündür!