BİR NƏFƏR DOSTA
Əla, ey sərvəri-niku-xəsailKi, səndəndir fəxarət ruzigarə.
Əla, ey sərvəri kim, seyti-fəzlin
Yetib aləmdə gün tək iştiharə.
Keçən gün tifli-çakərzadə iləKi, həq vermiş onu məni dilfikarə,
Durub qəm kəsrətindən kuçə içrə,
Edirdik əcz ilə hər yan nəzarə,
Nümayan oldu nagəh bir cənazə,
Aparırlardı dəfn üçün məzarə.
Düşüb bir tifl dalınça o nəşin,
Edib qəmdən yaxasın parə-parə.
Açıb başın, töküb gülrəng yaşın,
Gəlib fəryadə manəndi-bəzarə.
Deyərdı nalə ilə key, babacan,
Aparırlar səni bir bəd diyarə:
Lihafın xiştü bəstər qarə torpaq,
Olur tömə vücudin murü marə.
Nə abü nə qida, nə şəmü şərbət,
Misali-bəxti-əhli-şer qarə.
Bu halı tifli-çakərzadə görcək,
Gəlib fəryadə düşdü ahü zarəKi, vaveyla, məgər ağa, bu nəşi
Qoyacaqlar bizim evdə məzarə?
Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,
Bu gunə sözləri eylə kənarə. Dedi:-
Bu vəsflər kim, söylər ol tifl.
Bizim ev halətin gətdi şümarəKi, nə abü ğiza, nə şəmü şərbət,
Çəkibdi fəqr odu onda şərarə.
Həqiqət hal, ey fəxri-zəmanə,
Bu halətdir nihanü aşikarə.
Əgər bundan ziyadə kəşf qılsam
Düşər od xirməni-səbrü qərarə.
Ümidi-Seyyid oldur bu məlaləKi, etsin himmətin lütf ilə çarə.
Behəqqi - Seyyidi -ruzi-qiyamətKi, şafedir hami xürdü kibarə.
Nə xahiş eyləsən, olsun müyəssər,
Yetişsin şövkəti ruzi-şümarə.
Seyid Əzim Şirvani
XƏBƏR LENTİ
"Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır" - Daniel Da Hien
Azərbaycan çempionatı: "Neftçi" "Simurq"a, "İnter" AZAL-a qarşı
“Qarabağın məşhur müəllimləri” - Qara bəy Əliverdilər
Əfsanəvi hind aktyorun doğum günüdür
Bəzi sabunların faydaları (I hissə)
Ancelina Colinin hesabı bağlandı-SƏBƏB
Mars planetində çəkilən selfi
Yeddi min ildən bir Yerin yaxınlığından keçən kometa görüntüləndi - FOTO
Vətənə 102 qızıl medal gətirdilər
Facebook pulsuz antivirus paylayır
Tartaletka (foto resept)
Ana südünü artıran içkilər
ANS Televiziyasının yayımı dayandırılıb
Cəbhədən xəbər var
Qadınlara 25 milyon ödəyəcək
WhatsApp-da daha bir yenilik
Səudiyyə Ərəbistanı neftdən imtina edir
Məktəbəqədər hazırlıqla bağlı YENİLİK gözlənilir
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi - FOTO
Viruslar Android-li smartfonları sevir
Heç kimin tanımadığı fotoqraf
Tort üçün şprisin hazırlanması
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO
Qoz ləpəsi nə üçün insan beyninə bənzəyir?
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Nəhəng alma ağacı böyüyür
Məşhur müğənni yeni sevgisini etiraf etdi - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Makiyaji incəsənətə çevirən Luna
Bədəndə sink çatışmayan zaman nə edək?
Şaftalı limonadı (foto resept)
Əməkdar artist 30 kilo arıqlayıb belə oldu
Politoloq: "Ermənistandakı Rusiya hərbi bazasının Dağlıq Qarabağda müharibəyə qoşulması bu müharibənin uzunmüddətli olmasına gətirib çıxaracaq"
Qadın güləşçilərimiz 7 medal qazandı
Ermənistan ordusu cəbhə xəttində təxribatlarını davam etdirir
Gürcüstanda yaşıl rəngli küçük doğuldu - VİDEO
Nişanlılar üçün qoşa üzüklər
İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Həcc ziyarətinin tarixi açıqlandı
Rusiyada koronavirusun payız aylarından yayıldığı iddia olunur
Bayram da gülmək gərək
Özcan yaxın dostlarına Feyzadan danışıb
Sabahın HAVAsı
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR bahalaşdı
"Eurovision 2014": bu gecə alovlu şou var!
İŞİD Qafqaza hücum hazırlayır
Koronavirusdan qoruyan boyunbağı hazırlanıb – FOTO/VİDEO
HAVA necə olacaq?
Can Yamanın gizli mesajları üzə çıxdı-FOTO