“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altı yaşlı uşaq koronavirusdan müalicə olunur”.
Qadin.Net bildirir ki, bu barədə oxu.az-a ATU-nun Mətbuat Xidmətindən məlumat verilib.
Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, onlar da bu virusa yoluxur
“Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər. TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də, uşaqlar koronavirusa yoluxmur demək, doğru deyil. Yaşlı insanları, uşaqları da qorumaq lazımdır”.
Uşaq cərrahı əhaliyə müraciət edərək, pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.
R.Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması sevindirici haldır: “Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.
Baş həkim Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib:
“Koronavirus gözə görünməyən düşməndir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.
Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral