Nə qədər ki, vaksin yoxdur, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bizdən tələb olunan əsas şey gigiyenadır. Hər hansı ictimai yerləri ziyarət etdikdən, ictimai və şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdən, qapı tutacaqlarına, pula toxunduqdan sonra, yeməkdən əvvəl əllərinizi yumaq məsləhətdir. Lakin bunu düzgün etmək lazımdır — əllər sabun və ya antiseptik vasitə ilə yuyulmalıdır.
Əllər nə ilə təmizlənməlidir?
Əczaçılıq sənayesinin əl üçün bir çox müxtəlif antiseptiklər təklif etməsinə baxmayaraq, alimlərin fikrincə, ən effektiv vasitə sabun və isti sudur. ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərin idarə edilməsi və profilaktikası Mərkəzinin (CDC) tövsiyələrində bildirilir ki, antiseptiklərdən yalnız əlləri sabunla yumaq mümkün olmadıqda istifadə olunmalıdır.
Sabun koronavirusu necə məhv edir?
SARS-CoV-2 birzəncirli RNT ehtiva edən virusdur. Ribonuklein turşusunun zənciri zülal qatı ilə örtülüb. Kapsid adlanan həmin qabıq da iki lipid qatı (yağlar və yağabənzən maddələr) ilə əhatə olunub. Taca bənzəyən zülal “tikanlar”ı elə məhz onlardan çıxır.
Sabun lipid qabığını dağıdır və virus suda həll olunur. Sabun hətta tamlığını qoruyub saxlayan patogen hissəcikləri də dəridən qoparır, onlar köpüklə birlikdə asan yuyulur.
Əlləri düzgün yumaq vacibdir
Su nə qədər isti olsa, bir o qədər yaxşıdır. Hər hansı bir xüsusi sabuna da ehtiyac yoxdur. Əsas odur ki, sabun yaxşı köpüklənsin. Çünki virus köpüklə yuyulub gedir.
Sabunun virusun qabığını dağıtması üçün ən azı 20 saniyə vaxt lazımdır. Sabun köpüyü biləkləri və ovucun arxa tərəfi də daxil olmaqla, əlləri tamamilə örtməlidir, eləcə də barmaqların arasına və dırnaqların altına nüfuz etməlidir.
Əgər sabun və su yoxdursa
Bu halda, mütəxəssislər, SARS-CoV-2-ni 30 saniyə ərzində öldürən etanol əsasında olan sanitayzerləri və ya antiseptik maddələri tövsiyə edirlər.
Ona görə antiseptik ilə təmizlədikdən sonra əlləri dərhal silmək lazım deyil, qoyun özləri qurusun.
Alimlərin fikrincə, dezinfeksiyaedici vasitədə etanol 70% - dən az olmamalıdır, CDC-nin tələblərinə əsasən isə 60% olmalıdır.
Araşdırmalar göstərir ki, yağ və kir antiseptiklərin təsirini zəiflədir, ona görə əlləri əvvəlcə sabunla yumaq daha yaxşıdır. Bundan əlavə, spirt sanitayzerlərindən tez-tez istifadə etmək olmaz, onlar sabundan fərqli olaraq dərini qıcıqlandıraraq, onu virusa daha həssas edir.
Özün hazırla
ÜST-nın saytında dezinfeksiya vasitələrini müstəqil düzəltmək üçün təlimat yerləşdirilib. Bunun üçün 80% etanol və ya 75% izopropanola 1,45% qliserin və 0,125% hidrogen peroksid əlavə etmək lazımdır.
Spirt və hidrogen peroksid infeksiyanı öldürür, qliserin isə dərini nəmləndirir. Lakin istənilən başqa nəmləndirici vasitələrdən də, məsələn, aloe veradan da istifadə etmək olar.
Nəm salfetlər
Əlinizin altında antiseptik yoxdursa, spirtli salfetlər köməyinizə çata bilər. Lakin alimlər hesab edirlər ki, SARS-CoV-2-ə qarşı benzalkonium xloridinə əsaslanan antibakterial salfetlərdən istifadə etməyin faydası yoxdur
XƏBƏR LENTİ
Uşaqlar üçün tort nümunələri
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək? - AÇIQLAMA
Kitab 43 ildən sonra kitabxanaya qaytarıldı
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Biliyini yoxla (2)
Sürücülərin işi asanlaşdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
WhatsApp-dan daha bir yenilik
2012-ci ilin bilərzikləri
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Haydi Klum gəncliyinin sirrini bölüşdü
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Elvis Presli sağdır - İDDİA
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Görənləri şoka salır - Bu nədir?
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Trend: İpli Çəkmələr
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Bu kəşf alimləri qorxutdu
Uşaq yatarkən mübahisə etməyin!
Peşman olduğunuzu düşünmüsünüzmü?
iPad mini-də Retina olacaq
Balla gözəlləşin
Ərgin pendirin zərərləri AŞKARLANDI
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Sevdasınız,yoxsa Afət?
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
2014-cü ilin ziyafət geyimləri
Millət vəkili xəyanətdən yazdı
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Azərbaycanin iri enerji obyektində qışa hazılıq başa çatıb
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
Dərimiz niyə quruyur?
Metal yeyən bakteriya kəşf edildi
Kəs və yapışdır-4
Uşaq ayaqqabıları (2)
Günün ulduz falı - 04.09.2013