DƏNİZ, GÖY, MƏHƏBBƏT
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?