Qadin.NET / Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat

Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat

 

Elektrik enerjisi artıq qalıb? – Qonşuya sat



 

Hindistanın Uttar-Pradeş ştatında günəş enerjisinin ticarəti üçün blokçeyn platforması sınaqdan keçirilir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, blokçeyn sistemi qonşulara bir-birlərinə günəş panelləri tərəfindən istehsal olunan artıq elektrik enerjisini satmağa imkan verəcək.

Pilot layihənin birinci mərhələsi mart ayına qədər başa çatacaq. Nəticədə, hər bir ev sahibi müstəqil olaraq günəş enerjisinin satış qiymətlərini təyin edə və satışını həyata keçirə biləcək.

Qeyd edək ki, "Power Ledger" adlanan platforma artıq bir neçə ölkədə, o cümlədən Avstriya, Yaponiya və ABŞ-da fəaliyyət göstərir

10 dekabr 2019
GO BACK