Qadin.NET / Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO

Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO

Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO


Çelsi Munday və Teylor Levis adlı iki qadın orduya yazılaraq ilk ingilis əsgəri olaraq adlarını İngiltərənin hərbi tarixinə yazıblar.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, Çelsi və Teylor adlı iki qadın könüllü olaraq ingilis ordusuna yazılıb. Onlar altı  aylıq çətin hərbi təlimi başa vuraraq ilk ingilis qadın əsgərləri adını qazanıblar. Hərbiyə könüllü yazılan qadınlar 25 kilo ağırlığında yük daşımalı, çətin vəziyyətlərdə iştirak etməli və müharibə təlimlərindən keçməli olublar.

Belə ki, Birləşmiş Krallıqda əsrlərdir qadınların orduya daxil olması, müharibədə iştirak etməsi qadağan olunub. Lakin 2016-cı ildə İngiltərənin baş naziri David Kameron bu qanunu ləğv edib, qadınlara orduya qatılmaq icazəsini verib.

Buna baxmayaraq, Birləşmiş Krallıqda qadınların ordu sıralarına qatılması xoş qarşılanmır. Buna səbəb isə onların özlərini zədələməsi və sonsuzluq problemlərinin yaranma təhlükəsidir. 

Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO


4 dekabr 2019
GO BACK