Qadin.NET / Lotereyada 13,2 milyon dollar uddu

Lotereyada 13,2 milyon dollar uddu

Lotereyada 13,2 milyon dollar uddu


Kanadada 17,6 milyon Kanada dolları (13,2 milyon ABŞ dolları) məbləğində "49-dan 6" milli lotereyasının cekpotu oynanılıb.

 Qadin.Net trend-ə istinadən xəbər verir ki, bu barədə "OLG" şirkətinin nümayəndələri bildirib.

Təşkilatçılar bildiriblər: "Düşən nömrələr 1, 8, 18, 24, 30 və 45-dir. Bonus nömrəsi 13-dür".

Hal-hazırda məlumdur ki, şanslı bilet Ontario vilayətində satılıb.

Bundan əlavə, 1 milyon dollar (760 min dollar) məbləğində təsəlli edici mükafat da oynanılıb. Həmin mükafatı Britaniya Kolumbiya vilayətinin sakini qazanıb

2 dekabr 2019
GO BACK