Qadin.NET / “Tvitter”dəki bu profillər silinəcək

“Tvitter”dəki bu profillər silinəcək

“Tvitter”dəki bu profillər silinəcək


6 aydan çox müddətdə "Tvitter" sosial şəbəkəsinə daxil olmayan istifadəçilərin hesabı deaktiv ediləcək.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aktiv olmayan profillərin bağlanması şirkətin siyasətinə və istifadəçi razılaşmasına zidd deyil.

"Tvitter" yeni istifadəçilərin qeydiyyat zamanı aktiv olmayan hesabların bağlanması nəticəsində boş qalmış nikneymlərdən istifadə etməsi ilə bağlı məlumat verməyib. Sosial şəbəkənin nümayəndəsi bildirib ki, "təmizləmə" uzunmüddətli proses olacaq. Həmçinin dünyasını dəyişmiş istifadəçilərin hesabları silinəcək

1 dekabr 2019
GO BACK