Qadin.NET / Şabalıdlı bisküvit (foto-resept)

Şabalıdlı bisküvit (foto-resept)

 

Tərkibi:

2 y/q kakao

1 çay st toz şəkər

1 çay st otaq istiliyində kərə yağı (70 qram)

1 su st şabalıd (110 qram qaynadılıb kiçik parçalar halında doğranmış)

1 su st un (110 qram)

 

Hazırlanması:

Kərə yağı, kakao və toz şəkəri yaxşıca qarışdırın.

Şabad və un əlavə edərək xəmiri yoğurun.

 

Şabalıdlı bisküvit (foto-resept)

 

 

Xəmirdən qoz böyüklüyündə parçalar qoparın və əlinizdə yuvarlayaraq yağlı kağız sərdiyiniz soba listinə düzün.

Bisküvitlərin üstünə basaraq forma verin və 180 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 15 dəqiqə bişirin. ( Sobadan çıxararaq biraz yumşalmış olacaqlar, soyuduqca sərtləşəcəklər.)

 

Şabalıdlı bisküvit (foto-resept)

 

 

Soyuyan büsküvitləri istəyə görə ərimiş şokoladla servis edin.

 

Şabalıdlı bisküvit (foto-resept)

 

2 oktyabr 2019
GO BACK