Qadin.NET / Uşaqlara MANNA və DÜYÜ sıyığı

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 MANNA SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Manna yarması - 44 qr
Süd - 160 qr
Kərə yağı - 15 qr
Şəkər - 15 qr

Hazırlanması:

Süd qaynadılır,bir çimdik duz,şəkər əlavə edilir.Manna yarması tədricən əlavə olunaraq qarışdırılmağa davam edilir.
Sıyıq bir qədər qatılaşdıqdan sonra,vam ocaqda 15-20 dəqiqə daha bişirilir.Hazır manna sıyığı yemək zamanı ərinmiş kərə 
yağı ilə qarışdırılır.Zövqə görə acza bal və ya cem də qoymaq olar.
Uşağınızın yeməyini əyləncəli etmək üçün isə,manna sıyığını şəkildəki kimi bəzəyə də bilərsiniz...

DÜYÜ SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Düyü - 125 qr
Su - 100 ml
Süd - 1 litr
Vanil şəkəri - çox az miqdarda

Hazırlanması:

Düyü yuyulur və sücgəzə süzülür

Uşaqlara MANNA və DÜYÜ sıyığı


Düyü qazana qoyularaq 100 ml su əlavə edilir və su çəkilənə qədər qaynadılır,buna az bir müddət sərf olunacaq

Uşaqlara MANNA və DÜYÜ sıyığı


1 litr süd əlavə edilərək ağzı bağlı qazanda,vam odda 40 dəqiqə bişirilir.Əgər bu müddət ərzində südlü
düyü sıyığının ağzını açmasanız və qarışdırmasanız,sıyıq daha ləzzətli olar.

Düyü sıyığı hazır olduqdan sonra üzərindəki qatmağı alın və vanil şəkəri ilə qarışdırın.


Uşaqlara MANNA və DÜYÜ sıyığı



Uşaqlara MANNA və DÜYÜ sıyığı


Şirin balalara nuş olsun! smile

17 may 2010
GO BACK