Qadin.NET / Dünyanın ən ağıllı qadınları - SİYAHI

Dünyanın ən ağıllı qadınları - SİYAHI

 

Belə bir yalan fərziyyə var ki, kişilər qadınlardan daha ağıllıdır.

Bəli qadın həssasdır, incədir, amma ağıl və məntiq məsələlərində kişilərdən heç də geri qalmır.

IQ səviyyəsi dünyanın ən intellektli kişilərini geridə qoyan qadınlarla bir planeti bölüşürük. Onların bir neçəsi ilə sizi tanış edirik.

Edit Stren (IQ 200)

Edit Stern bəşəriyyətin ən ağıllı qadınları siyahısına liderlik edir. Edit hələ bir yaşı tamam olmamış sərbəst danışmağı öyrənmişdi. Bütün dahilər kimi Editin yüzlərlə diplomu və adının 28 patenti var. Dünya maşınqayırması və mühəndisliyi sahəsinə verdiyi töhfələr danılmazdır. Onun IQ səviyyəsi bəzi göstəricilərdə 200-dən də çox hesablanır.

Dünyanın ən ağıllı qadınları - SİYAHI

İpatiya (IQ 190+)

İpatiya adlı qadın planetimizin ən qocaman sakinlərindən olub. Eramızın 351-377-ci illəri arasında doğulduğu ehtimal olunur. Atasi İsgəndəriyyəli Teon dövrünün ən məşhur riyaziyyatçısı idi. İpatiya da atasının yolunu davam etdirmiş, həmçinin filosof, astronom olmuşdu. Dünyanı gəzib dolaşan alim qadının ixtiraları arasında hidrometr də var. Yazdığı elmi kitablara, traktatlara əsasən IQ səviyyəsi 190-dan çox hesablanır.

Dünyanın ən ağıllı qadınları - SİYAHI

Merilin vos Savant (IQ 190)

 Merilin vos Savant da dünyanın ən ağıllı insanlarından biridir. O, jurnalist və yazıçıdır. Çalşdığı jurnalın bir köşəsində “Məndən soruş” adlı köşə var. İstəyən hər kəs Merilinə tapmaca və çətin suallar yollayır. Merilin Ginnesin Rekordları kitabında dünyanın ən ağıllı üçüncü insanı sayılır.

Dünyanın ən ağıllı qadınları - SİYAHI

publika.az

25 iyun 2019
GO BACK