Qadin.NET / Kosmik gəmi keksi (foto resept)

Kosmik gəmi keksi (foto resept)

 

Tərkibi:

 

125 qram kərə yağı

4 ədəd yumurta

1 su st pudra şəkəri

1 su st un

yarım su st toz badam

1 paket vanil

1 kasa dondurulmuş albalı

 

Hazırlanması:

Qarışdırma qabının içinə pudra şəkərini və otaq istiliyində saxlanılmış kərə yağını əlavə edərək qarışdırın.

Daha sonra yumurtaları bir-biri əlavə edib qarışdırın.

Qalan ərzaqları da ayrı bir qabın içində qarışdırıb, yumurtalı içliyin içinə yavaş-yavaş əlavə edərək bütün ərzaqların bir-birinə qarışmasına diqqət edin.

Kosmik gəmi keksi (foto resept)

Albalıları süzgəcə qoyub suyunu süzün. Sonra yağlanmış keks qəliblərinə hazırladığınız qarışımı tökün. Üstünə iki ədəd albalı əlavə edin.

Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada  qızılı rəngini alana qədər, təxminən 20 dəqiqə bişirin. Soba fərqinə görə bişmə müddəti dəyişə bilər. Bişib-bişmədiyini yoxlayın. Bişən keksləri qəlibdən çıxarıb servis edə bilərsiniz. 

Kosmik gəmi keksi (foto resept)

 

26 fevral 2019
GO BACK