Texnologiya alətlərindən uzaq olun
Telefon, planşet, kompyuter kimi cihazları yatmadan 10 dəqiqə əvvəl söndürün. Özünüzlə tək qalaraq, düşüncələrinizə fikir cəmləyərək, yatmadan əvvəl özünüzə vaxt ayıraraq yuxuya gedin.
Zehni boşaldın
Bitmək bilməyən düşüncələr yuxunuza mane ola bilər. Yatağa girmədən əvvəl bunları düşünməyi dayandırır. Qısa vaxt ayıraraq düşüncələrinizi kağızı tökün.
Mətbəxin təmiz olduğundan əmin olun
Mətbəxi yığışdırıb yatmaq kimi duyğu yoxdur. 10 dəqiqə ərzində mətbəxi səliqəyə salın. Dağınıqlıq diqqət cəmləməyinizə mane ola bilir.
Sabah geyinəcəyiniz geyimləri hazırlayın
Harasa gedəcəksinizsə, səhər oyanıb qarderobun başında vaxt keçirmək sizi stressə sala bilər. Bu səbəbdən ayaqqabıdan aksesuarlara qədər sabah nə geyinəcəyinizi axşamdan müəyyənləşdirib, səhər düşünmədən geyinin.
Oxuyun
Bir hekayə oxumaq, gəzmək və ya bir fincan çay içməkdən daha faydalı ola bilər. Günlük işlərin stressi ilə əlaqəni kəsmək üçün bir hekayə oxuyun. Bu yuxuya getməyi də asanlaşdıracaq.