Qadin.NET / Qəzəblənə bilirsinizmi? (test)

Qəzəblənə bilirsinizmi? (test)

Qəzəblənə bilirsinizmi%3F (test)

 


 

1.Sakitləşmək istəyəndə bir neçə nəfəs məşqi edirəm və 2 dəq-dən sonra hər şey qaydasında olacaq. 

2.İstənilən mübahisədə kompromis tapmaq mümkündür. 

3.Bəzən qalmaqal müstəqil –narazıçılığı içdə saxlamaq lazım deyil.

4.Məni nə isə qıcıqlandıranda bunu açıq aşkar söyləyirəm.

5.Pis əhval ruhiyyəni saxlamağı düzgün saymıram.

6.Sevgilimlə problemimizi danışaraq həll edirik.Qab qacaq qırmağa həmişə vaxt olar.

 

1.Qəzəblənəndə mütləq emosiyalarımı üzə çıxarmalıyam.

2.Əgər səbəbsiz yerə kiminsə üstünə qışqırıramsa ,sonra mütləq ondan üzr istəyirəm.

3.Kinli adam deyiləm.

4.İstədiyim oğlan bilir ki,mən əsəbləşəndə üstümə gəlmək lazım deyil.

5.Əgər mağazadakı və ya restorandakı xidmət qane etməzsə,bu haqda mütləq mütləq menecerə xəbər verəcəyəm,axı kimsə onları yerində oturtmalıdır.

 

1.Bəzən ən yaxın rəfiqəmə belə nəyə görə əsəbləşdiyimi deyə bilmirəm.

2.İstənilən mübahisədən qaçıram.

3.İşdə öz fikrimi deyə bilmirəm-onsuzda onlar öz bildiklərini edəcəklər.

4.Emosiyalarla hərəkət etmək –səhv və nəzakətsizlikdir.

5.Mübahisəyə ehtiyac yoxdur bilirəm ki ,haqlıyam.

6.Məni küçədə itələsələr ,üzr istəyərəm-günah məndədir,diqqəti olmalıyam. 

Cavablar aşağıdakılardır:

(Cavablar rənglərə əsasən  verilir,yəni sizin xüsusiyyətləriniz yaşil rənglə nömrələnmiş suala uyğundursa cavab da həmin rənglə yazılmış başlıqda olan cavabdır.)

Siz diskussiyaya hazırsınız-afərin ,ehtiyac olmadan yumruğa əl atmırsınız ,istənilən mövzuda öz fikriniz var,onu deməkdən çəkinmirsiniz,həmçinin qarşı tərəfin fikrini dinləməyə  və hətta qəbul etməyə də hazırsınız.Səbirli olun  və bütün münaqişələri sülh yolu ilə həll edin buna qadirsiniz.Qarşı tərəf sizi dinləməzsə ,onda səsinizi bir balaca yüksəldə bilərsiniz. 

Siz partlayıcı qüvvəsiniz-nəsə istədiyiniz kimi alınmazsa,qızışır və ya qarşınıza çıxan hər kəsi acılayırsınız.Əsəbləşəndə özünüzü çox gözəl hiss edirsiniz  ,amma nəticələr haqqında heç düşünmürsünüz.Əslində ətrafdakıların sizi ciddi qəbul etməməsindən qorxaraq tez hərəkətə keçirsiniz.Özünüzü qiymətləndirin,o zaman hirsinizi başqalarından  çıxmayacaqsınız. 

Siz həddən artıq təmkilisiniz-emosiyalarınızı elə dərinlikdə gizlətməyə alışmısınız ki,zamanla ürəyinizdə həyəcan ,inciklik baqajı yığılacaq .Belə emosional passivlik sizin sağlamlığınıza zərər verə bilər.Hisslərinizi effektiv şəkildə biruzə verməyə çalışın.

5 sentyabr 2011
GO BACK