Qadin.NET / Duyğusal boşanmalar

Duyğusal boşanmalar

 

 

Duyğusal boşanmalar

 

Esra (37)

" Eyni evdə yaşayırıq, amma bir-birimiz yoxmuş kimi davranırıq. Eyni masada yemək yeyərkən belə danışdıqlarımız bir neçə kəliməni keçmir. Evdə varlığı ilə yoxluğu məlum deyil"

Aysun (42)

" Ən son nə vaxt birlikdə bir şey etdiyimizi xatırlamıram. Uşaqlar evdən çıxdıqdan bəri aramızda bir məsafə var sanki. Eyni masada yemək yeyib, eyni yataqda yatırıq, amma birlikdə gülmürük, birlikdə dərdləşmirik. "


Bürçe (33)

" Əvvəllər birlikdə çox əylənirdik. Filmlər izləyərdik. İndi mən televizorun o da kompüter qarşısında olur. Artıq birlikdə harasa getmək, dostlarımızla görüşmək barəsində həvəsli deyilik.

 

 

Duyğusal boşanmalar

 

Müştərək həyat 

Ətrafımıza baxdığımızda çoxlu evli insan görürük. Fəqət evli cütlüklərə baxdığımızda çox az evliliyin qaydasında olduğunu görürük. Ortaq bir həyat var. Axşam olanda hər kəs evdə yığılır, birlikdə yemək yeyirlər... Amma nə dərdlər, nə də sevinclər paylaşılmır. İki insan bir-birinə yadlaşır.

 

Duyğusal boşanmalar

 

Nə edə bilərsiniz?

 Yoldaşınızın nə qədər vecsiz, nə qədər qapanıq olsun və.s. olduğunu qırağa qoyun; görək siz nə edə bilərsiniz...

- İlk əvvəl bu axşam çox sevdiyiniz serialı kənara qoyun. Yoldaşınızın sevdiyi bir tərzdə film seçib, birlikdə bir kinoteatr gecəsi yaşayın. Divanda yan-yana kino izləməyi qaçırmayın.

- Yeməkdən sonra masa təmizlənəcək, qabları yığışdırılacaq və.s . Hamısı bir yarım saat gözləyə bilər. "Birlikdə bir çay, qəhvə içək?; bu sualın bəlki ilk bir-ikisində "Xeyr" cavabı alarsınız, amma bir gün yoldaşınız " hə" deyəcəkdir.

- Arada yoldaşınızla danışmaq, fikrini almaq istədiyiniz mövzular olacaqdır. Nə vaxt uyğun zamanı varsa, onda məsləhətləşmək istədiyiniz mövzunu açın.

1 noyabr 2017
GO BACK