Qadin.NET / Kakaolu keks (foto resept)

Kakaolu keks (foto resept)

 

Tərkibi:

2 ədəd yumurta

1 stəkan şəkər

1 ç/q maye yağ

1 stəkan süd

1 paket kakao

2,5 stəkan un

 

üstü üçün;

1 paket krem şanti

1 paket krem

1 paket krem pendir

1 paket kakaolu kremalı biskivit

1 paket şokolad sousu

1 stəkan süd

 

Hazırlanması:

İki ədəd yumurta və şəkəri mikser yardımı ilə yaxşıca çırpın. Şəkər əriyəndə üzərinə süd və kakao əlavə edin. Bir stəkan maye yağı əlavə edin. Bir müddət bu şəkildə qarışdırın. Sonra üzərinə un və qabartma tozu əlavə edin. Hazırladığınız keks xəmirini keks qəliblərinə əlavə edin. 30 dəqiqə bişirin.

 

Kakaolu keks (foto resept)
 

Bişdikdən sonra keksləri kənara soyumağa qoyun. Üstündə dəlik açın. Süd ilə şokolad sousunu hazırlayıb üzərinə əlavə edin.

 

Kakaolu keks (foto resept)

 

 

Sonra başqa bir qabın üzərinə krem şanti hazırlayın. Üzərinə krem pendiri və kremi əlavə edərək çırpın. Artıq qalan şokolad sousunu da əlavə edin.

 

Kakaolu keks (foto resept)

 

 

Hazırladığınız kremin üzərinə biskivitləri qoyun.

 

Kakaolu keks (foto resept)

 

 

Soyuyan kekslərin üzərinə hazırladığınız kremi bir qaşıq və ya dondurma aparatı ilə qoyun. Üzərini qırıq biskivitlər ilə bəzəyin.

 

Kakaolu keks (foto resept)

 

 

Nuş olsun!

31 avqust 2017
GO BACK