Qadin.NET / İftar vaxtı nə edək? (İftar etməyin ədəbləri)

İftar vaxtı nə edək? (İftar etməyin ədəbləri)

 

 

İftar vaxtı nə edək? (İftar etməyin ədəbləri)

 

 

1. İftarı İşa namazından sonraya qədər təxirə salmaq müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa, iftar etməyi namazdan sonraya saxlamaq çətin gəlsə, bu hal istisnadır.

 

2. İftarı halal şeylərlə etmək, hətta haram olmağı barədə şübhə yaranarsa ondan uzaq durmaq gərəkdir. Daha yaxşı olar ki, iftar xurma ilə açılsın. İftarı su, süd, halva, nabat, isti su ilə də açmaq yaxşıdır.

 

3. İftar vaxtı aşağıda qeyd edilən duaları oxumaq tövsiyə edilmişdir:

 

 

 

Ш§Щ„Щ„Щ‘ЩЋЩ‡ЩЏЩ…Щ‘ЩЋ Щ„ЩЋЩѓЩЋ ШµЩЏЩ…Щ’ШЄЩЏ Щ€ЩЋ Ш№ЩЋЩ„ЩЋЩ‰ Ш±ЩђШІЩ’Щ‚ЩђЩѓЩЋ ШЈЩЋЩЃЩ’Ш·ЩЋШ±Щ’ШЄЩЏ Щ€ЩЋ Ш№ЩЋЩ„ЩЋЩЉЩ’ЩѓЩЋ ШЄЩЋЩ€ЩЋЩѓЩ‘ЩЋЩ„Щ’ШЄЩЏ

 

Oxunuşu: Allahummə ləkə sumtu va `alə rizqikə əftartu va `aləykə təvakkəltu.

 

İftardan əvvəl bu duanı oxuyan şəxsə Allah-Taala həmin gün oruc tutan kəslərin savabını əta edər. Seyid və Kəfəminin qeyd etdiyi “Allahummə rabbə-n-nuri-l-`azim” duasını oxumağın da çoxlu fəziləti vardır. Rəvayət edilmişdir ki, İmam Əli (ə) iftar edərkən aşağıdakı duanı oxuyardı:

 

ШЁЩђШіЩ’Щ…Щђ Ш§Щ„Щ„Щ‘ЩЋЩ‡Щђ Ш§Щ„Щ„Щ‘ЩЋЩ‡ЩЏЩ…Щ‘ЩЋ Щ„ЩЋЩѓЩЋ ШµЩЏЩ…Щ’Щ†ЩЋШ§ Щ€ЩЋ Ш№ЩЋЩ„ЩЋЩ‰ Ш±ЩђШІЩ’Щ‚ЩђЩѓЩЋ ШЈЩЋЩЃЩ’Ш·ЩЋШ±Щ’Щ†ЩЋШ§ ЩЃЩЋШЄЩЋЩ‚ЩЋШЁЩ‘ЩЋЩ„Щ’ [ЩЃЩЋШЄЩЋЩ‚ЩЋШЁЩ‘ЩЋЩ„Щ’Щ‡ЩЏ‏] Щ…ЩђЩ†Щ‘ЩЋШ§ ШҐЩђЩ†Щ‘ЩЋЩѓЩЋ ШЈЩЋЩ†Щ’ШЄЩЋ Ш§Щ„ШіЩ‘ЩЋЩ…ЩђЩЉШ№ЩЏ Ш§Щ„Щ’Ш№ЩЋЩ„ЩђЩЉЩ…ЩЏ

 

Oxunuşu: Bismilləhi-l-lahummə ləkə sumnə va `alə rizqikə əftarnə, fətəqabbəl (fətəqabbəlhu) minnə innəkə əntə-s-səmi`u-l-`alimu.

 

 

İftar vaxtı nə edək? (İftar etməyin ədəbləri)

 

 

4. Birinci loxmanı ağıza apararkən bu duanı oxumaq yaxşıdır:

 

ШЁЩђШіЩ’Щ…Щђ Ш§Щ„Щ„Щ‘ЩЋЩ‡Щђ Ш§Щ„Ш±Щ‘ЩЋШ­Щ’Щ…ЩЋЩ†Щђ Ш§Щ„Ш±Щ‘ЩЋШ­ЩђЩЉЩ…Щђ ЩЉЩЋШ§ Щ€ЩЋШ§ШіЩђШ№ЩЋ Ш§Щ„Щ’Щ…ЩЋШєЩ’ЩЃЩђШ±ЩЋШ©Щђ Ш§ШєЩ’ЩЃЩђШ±Щ’ Щ„ЩђЩЉ

 

Oxunuşu: Bismilləhi-r-rahməni-r-rahimi, yə vasi`a-l-məğfirati iğfir li.

 

Bu duanı oxumaq bağışlanmaya səbəb olur. Ramazan ayının hər gününün sonunda Allah-Taalanın minlərlə insanı cəhənnəm atəşindən azad etdiyi dini mənbələrdə qeyd edilmişdir. Buna görə də Allah-Taaladan istəmək lazımdır ki, bizi də həmin şəxslərdən qərar versin.

 

5. İftar zamanı “Qədr” surəsini oxumaq

 

6. İftar vaxtı sədəqə, oruc tutan şəxslərə bir neçə xurma və ya qurtum su ilə olsa da iftar vermək. Allah Rəsulundan nəql olmuşdur ki, kim oruc tutan şəxsə iftar versə həmin şəxsin mükafatı qədər iftar verən şəxsə mükafat verilər.

 

Ayətullah Əllamə Hilli “Ər-risalətu-s-sədiyyə” kitabında İmam Sadiqdən hədis nəql etmişdir ki, hər bir mömin oruc tutan başqa bir möminə bir loxma təam versə, Haqq-Taala onun üçün otuz mömin bəndəni azad edən kəsin mükafatını yazar və onun duasını qəbul edər.

 

Allah-Taala tutduğunuz orucları qəbul etsin!

 

Hazırladı: Fərid Abdullah

17 may 2018
GO BACK