Qadin.NET / İslam və elm

İslam və elm

 

 

İslam və elm

 

 

İslamın qanun və qaydalarından, onun tarixindən və cəmiyyət üçün nəzərdə tutuluş nizamından xəbəri olmayan bəzi adamlar deyir ki, guya islam dini elm öyrənməyin əksinə çıxır, insanları cəhalətdə saxlayır, gözlərini bağlayır.

Quranda çoxlu ayələr var ki, insanları Allah-təlanın yaratdığı şeylərdən, Kainatda, ulduzlar aləmində, cansız və canlı təbiətdə olan sirləri dərk etməyə, onlardan ibrət olmağa və istifadə etməyə dəvət edir. Bu ayələri şərh etmək üçün burada imkan yoxdur buna ayrıca bir kitab həsr etmək lazımdır.

Rəsuli-Əkrəm (s) özü yazıb oxumaq bilmirdisə də, elmə və maarifə hədsiz fikir verirdi. Müharibələrdə tutulan əsirlərin arasında savadlı şəxslər olanda, onları qalan əsirlərdən ayırıb şərt kəsərdi ki, hər biri filan qədər adama dərs verib, yazmaq və oxumaq öyrədəndən sonra azad ediləcəklər. Bu üsul ilə Mədinədə çoxlu adamlar savadlandı.

Cavanlardan əlavə Peyğəmbər (s) yaşlı adamları da elmə dəvət edirdi. O Həzrətin (s) kəlamıdır ki, buyurub:

“Beşikdə olan vaxtdan qəbrə gedənə kimi elm öyrənin”.

 

 

İslam və elm

 


Bununla demək istəyir ki, elm öyrənmək heç vaxt gec deyil, insan həmişə öz elmini və biliyini artırmalıdır, həm də bundan ötrü insanda son nəfəsinə qədər qabiliyyət çəkmiş adamdır”.

Başqa yerdə buyurub: “Hər kəsin iki günü bir-birinə bərabər olsa, o kəs ziyan çəkmiş adamdır”.

Bunun mənası odur ki, insan gərək hər gün yeni şeylər öyrənsin və dünənki biliyinə əlavə etsin. Əgər şəxs bilik cəhətindən iki gün eyni səviyyədə qalsa, ziyan çəkmiş olar, çünki ömründən bir gün itirib, lakin onun müqabilində heç bir şey ələ gətirməyib. Başqa yerdə buyurub, “elm Çində də olsa, onu öyrənməyə gedin.

Bu kəlamın iki mənası var . Birinci odur ki, elm əgər Çin kimi uzaq ölkədə olsa da əziyyətinə dözün, onu öyrənmək dalınca gedin.

İkinci mənası budur ki, Çin bütpərəstlər, kafirlər ölkəsi olsa da, elm dalınca oraya gedin, onların dinini yox, elminini qəbul edin.

 

"İslamın əsasları" Əhmədağa Əhmədov

29 may 2018
GO BACK