11. Girl next door
Bu stilə daha çox gənclər üstünlük verir. Bu qadınlar dəblə o qədər də ayaqlaşmırlar. Daha çox geyimlərdə sadəlik və şirinlik olur. Onların geyimində ekzotik elementlərə rast gəlmək olmur. Onlar daha çox şortiklərə, tennis ayaqqabılarına üstünlük verirlər.
12. Punk
Bu stildə geyinən qadınlar küçədə diqqəti istər-istəməz özlərinə cəlb edirlər. Onlar geyimlərində zəncirlərə, dəri kurtkalara, dəri şalvarlara, batinkalara üstünlük verirlər.
13. Artsy
Bu stilə üstünlük verən qadınlar özünə məxsus geyinməyi sevirlər. Bir növ öz dəblərini yaradırlar. Bu stilə üstünlük verən qadınların geyimləri bir-birinə bənzəmir. Hər kəs fərqli şəkildə öz dəbini yarada bilər. Bu zövq məsələsidir.
14. İş qadını (businesswomen)
Bu stilə üstünlük verən qadınlar çox vaxt ağıllı və təcrübəli olurlar. Bu qadınlar çox vaxt cəmiyyət içində göz önündə olan qadınlar olur.
15. Tomboy
Bu stilə üstünlük verənlər adətən tökülən geyimlərə üstünlük verirlər. Onların geyimləri sadə olsa da, modern olur. Bu qadınlar bir növ kişi kimi geyinməyi sevirlər.
16. Gothic
Gothik stili qara rəng stili də adlandırlır. Bu stildə geyinən qadınlar, qara dodaq boyasından, qara paltarlardan, zəncirlərdən istifadə edirlər. Onların geyimi sirli, qəribə, bəzən də qorxulu görsənirlər.
17. Rocker Bu stil qadından qadına dəyişir. Bu stilə adından göründüyümü rok sevən qadınlar üstünlük verirlər. Çox vaxt dəri kurtkalara üstünlük verirlər.
18. 50-ci illər Bu stil adından göründüyü kimi 50-ci illərin dəbidir. Bu stilə üstünlük verənlər geyimlərində açıq rənglərdən istifadə edirlər.
19. 70-ci illər
Bu stil daha çox hippilərin stilinə bənzəyir. Həmişə geyimlərində təbiətdən bir parça olur. Məsələn köynəklərinin üzərindəki çiçək şəkli.
20. Sporty
Bu qadınlar idman geyimlərinin dəbdə olan formasından istifadə edirlər. Ən çox qara, ağ və boz rəngə üstünlük verirlər.