Tərkibi:
Un- 270 q
"Best cow" kərə yağı-170 q
Qəhvəyi şəkər-200 q
Bal-50 q
Qabartma tozu- 2 paçka
Qatıq- 250 ml
Yumurta- 3 ədəd
İçlik:
Alma- 10 ədəd
Şəkər tozu - 50 q
Bal-2 x.q
Su- 4 x.q
Darçın-0,5 ç.q
Limon suyu
Krem üçün:
Kəsmik- 250 q
Qaymaq- 250 q
Bal-2 x.q
Darçın
Hazırlanması:
Kərə yağının üzərinə bal, şəkər tozu əlavə edib qarışdırırıq. Sonra yumurtanı bir-bir əlavə edib qarışdırırıq. Unun üzərinə qabartma toxu və bir çimdik duz əlavə edib qarışdırırıq. Sonra unun yarısını yumurtalı qarışığın üzərinə əlavə edib mikserlə çalırıq. Sonra qatığı əlavə edirik bir az qarışdırdıqdan sonra yenə un əlavə edirik. Beləcə növbə ilə əlavə edib qarışdırmaq lazımdır. 170 dərəcədə 25 dəqiqə bişirmək lazımdır. İndi isə içliyi hazırlayaq. Almaları 4 hissəyə ayırıb tumlardan təmizləyirik. Bir qaba şəkər tozunu, balı, limon suyunu və suyu əlavə edib şəkər tozu əriyənə kimi isidirik. Sonra almaları qaba düzüb alınan məhlulu əlavə edirik almaların üzərinə.
Darçın da səpip az odda yavaş-yavaş almalar yumşalana kimi bişiririk. Hərdən almaları çevirmək lazımdır ki, yanmasın. Hazır olduqdan sonra soyumasını gözləyirik.
Kəsmiyin üzərinə qaymağı, balı və darçını əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır.
Zövqə görə vanil də əlavə edə bilərsiniz. Lakin darçının ətri daha uyğundur.
Biskivitin üzərinə krem çəkib almaları səliqə ilə üzərinə düzürük. Sonra ikinci biskiviti qoyub üzərinə almanın şirəsini əlavə edirik. Sonra krem çəkib üzərini zövqə görə bəzəyə bilərsiniz.
Tort ən az bir gün qaldıqda daha yumşaq və dadlı olur.
Nuş olsun!
Tərcümə edilib