Qadin.NET / Vətən həsrəti dediyim…

Vətən həsrəti dediyim…

 

Vətən həsrəti dediyim…

 

Vətənindən qaçanları, qaçmaq istəyənləri, qərib ölkələri üstün bilib, vətənini aşağılayanları anlamıram… Vətənini sevən insan vətən həsrəti, acısının nə qədər ağır. ağrılı, dərdli olduğunu anlayır…

2 il vətənimdən uzaq yaşadım… Bilirəm, nədir ayrılıq, vətən həsrəti…

Vətən həsrəti qərib ölkədə nə qədər səni qəbul etsələr, sevsə də qəriblilər səni, özünü yad hesab etməkdir…

Vətən həsrəti doğma dilində danışmaqdan məhrum olmaq deməkdir…

Vətən həsrəti vətənində yaşadığın hər anı yada salmaq, xəyallarında yenidən yaşamaqdır…

Vətən həsrəti milli yeməklərin üzünə həsrət qalmaqdır…

Vətən həsrəti doğma torpağının dənəsinə həsrət qalmaqdır…

Vətən həsrəti hər gün vətənə bir gün dönəcəyinin həsrət dolu ümidi ilə yaşamaqdır…

Vətən həsrəti vətənində son dəfə əzizlərinlə vidalaşmağı və vətənində ölməyi arzulamaqdır…

 

Vətən həsrəti dediyim…

 

 

Vətən həsrəti üzdə gülmək, gözdə yaşamaqdır vətən sevgisi və həsrətini…

Vətən həsrəti yuxuya getməməkdir, gözlərə güc salıb, hər gecə yuxuya ağlayaraq getməkdir…

Vətən həsrəti həyatın vətənində qara olsa da, qərib yerdə lap qara olduğunu anlamaqdır…

Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır, vətən necə olursa, olsun, vətənini cənnət bilməkdir, insanları necə olursa olsun, onları ən yaxşı insan bilməkdir…

Vətən həsrəti əlinə vətənə dönəcəyin gün üçün əlinə alacağın biletin, saydığın saat, dəqiqələrin sevincidir…

Vətən həsrəti ayağının yenidən vətənin torpağına basdığını xəyal etməkdir…

Vətən həsrəti yenidən vətənin havasını udmaq, suyunu içmək, odunda qızınmaq, bayramlarını, yasını vətənində qeyd etməyi istəməkdir…

Vətən həsrəti baxışlarının bir yerə baxıb, gözünün uzun bir yolu çəkməsidir…

Vətən həsrəti “Xoş gəlmisən, vətəninə” deyən və səni qarşılayan kiminləsə qarşılaşmaqdır…

Vətənini sevənlərə arzulamıram vətən həsrətini…

Günel Fərhadqızı

4 mart 2016
GO BACK