Qadin.NET / "Şəhidlər ölməz, Vətən bölünməz" Biləsuvarda..

"Şəhidlər ölməz, Vətən bölünməz" Biləsuvarda..

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin, Mərkəzin Qadınlar Şurasının, Məlhəm Humanist Qadınlar İctimai Birliyinin, Şəhid Anaları Mərkəzinin birgə layihəsi çərçivəsində Biləsuvar rayonunda görüşlər olmuşdur. 
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, öncə Biləsuvar rayon İcra Hakimiyyəti qarşısında ulu öndər Heydər Əliyevin heykəli önündə onun əziz xatirəsi yad edilmişdir. Daha sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, qohumları və buraya gələnlərlə görüş olmuş, Milli Qəhrəmanın muzeyi və rayonun Şəhid məzarları ziyarət edilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov, ictimai və humanitar şöbənin müdiri Xəyalə Məmmədova ilə də görüş olmuşdur. Keçirilən görüşlər zamanı Gənc Tamaşaçılar Teatrının redaktoru, “Bura Vətəndir” Məclisinin sədri, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova çıxış edərək bildirmişdir ki, Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əziz övladlarımızın xatirəsi daim diqqətdə saxlanılır. Teatrın repertuarında Xalq Artisti Cənnət Səlimovanın quruluş verdiyi Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası, “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində şair Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında “Mübarizli Vətən”, şair Şövkət İmaminin Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr etdiyi “Zirvələr fatehi Gültəkin” poeması əsasında eyniadlı ədəbi-musiqili kompozisiyalar ictimaiyyətə təqdim olunmuş və rəğbətlə qarşılanmışdır. 
Görüşlərdə Şəhid Anaları Mərkəzinin sədri, professor, pedaqoji elmləri namizədi, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə Ləman, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, “Məlhəm” Humanist qadınlar İctimai Birliyinin sədri Xədicə İskəndərli, qafqazpress.az saytının direktoru, “Azərbaycan uğrunda” qəzetinin təsisçisi və baş redaktoru, şair Xatirə Rəhimli, xeyriyyəçi Hacı Tahirə Salavatova çıxışlar etmiş, şəhidlərə həsr olunmuş şeirlər səsləndirmiş və kitablar, qəzet, jurnal materialları təqdim olunmuşdur. 
Rayonun rəhbərliyi adından Xanlar Məmmədov və görüş iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini təqdirlə qarşılandığını dilə gətirmiş, onun böyük əhəmiyyəti və vacibliyini vurğulamış, gələn qonaqlara və qeyd olunan təşkilatlara öz təşəkkürlərini bildirmişlər. 

"Şəhidlər ölməz, Vətən bölünməz" Biləsuvarda..

"Şəhidlər ölməz, Vətən bölünməz" Biləsuvarda..

Mənbə: Milli.Az

16 yanvar 2015
GO BACK