Qadin.NET / Azərbaycan kosmosda icarəyə yer götürdü

Azərbaycan kosmosda icarəyə yer götürdü

 

Azərbaycan kosmosda icarəyə yer götürdü

Azərbaycan ölkənin ikinci peyki üçün orbital mövqe icarəyə götürüb. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.Yeni orbital mövqe birinci "Azerspace-1” peyki üçün Malayziyadan icarəyə götürülən 46-cı dərəcə şərq uzunluq dairəsi kimi xarici ölkələrin birindən icarəyə götürülüb. Azərbaycanın ikinci geostasionar peyki üçün orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar peyk sistemlərinin orbital mövqelərinin koordinasiyasında problemlərin mövcudluğu ilə əlaqədar qəbul edilib.
Söhbət peyk sisteminin yaradılmasını planlaşdıran ölkənin qabaqcadan peyk sistemlərinin əsas xarakteristikalarını dərc etməsi (Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə) və qonşu peyk rabitəsi sistemlərinin bu halda maraqlarına toxunulan bütün sahibləri ilə onların uyğunlaşdırmasını aparmasından gedir.
Mənbənin sözlərinə görə, "Azerspace-2" peykinin yerləşdiriləcəyi orbital mövqe və mövqenin icarəyə götürüldüyü ölkə haqqında informasiya yaxın vaxtlarda açıqlanacaq.
“Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır.

 

Mənbə: ANS PRESS

8 yanvar 2015
GO BACK