Qadin.NET / Sizə bir sirr açacağam

Sizə bir sirr açacağam

Bu gün sizə bir sirr açacağam. İnsanlığın xəbərsiz olduğu bir sirr.

Aramızda qalmasın... 

Sizə bir sirr açacağam

Bir səltənətdə güclü sehrbaz yaşayırdı.  Bir gün o, sehrli iksir hazırlayaraq onu səltənətin bütün sakinlərinin istifadə etdikləri su hövzəsinə tökür. Bu sudan içən hər kəs dərhal ağlını itirirdi.  Ertəsi gün bu sudan içən bütün sakinlər artıq ağıllarını itirmişdilər. 

Sizə bir sirr açacağam

Təkcə şah ailəsindən başqa. Çünki onlar içmək üçün başqa hövzədən istifadə edirdilər və sehrbazın əli o suyu zəhərləməyə çatmadı.  Ölkədəki xaos və qarışıqlığı görən şah yeni fərmanlar verdi. Bu fərmanları görən ağlını itirmiş əhali şahı anlamadı və onun ağlını itirdiyi üçün belə ağılsız fərmanlar verdiyini  düşündülər.  

Sizə bir sirr açacağam

Əhali qışqırıqlarla sarayı mühasirəyə aldı və şahın taxtdan imtina etməsini tələb etməyə başladılar. Şah öz çarəsizliyini qəbul etdi, taxtı tərk etməyə hazırlaşırdı ki, ağıllarına belə bir fikir gəldi ki, onlar da bu sudan içsinlər. Əgər onlar hamı kimi olsalar əhalinin gözünə normal görünəcəklər. Onlar belə də etdilər.

Az sonra şah ailəsinin onlar kimi düşündüyünü görən əhali öz tələblərindən imtina etdilər, "Şahımız tam normal və ağıllı qərarlar verir" deyə fikirləşdilər.

Ölkədə sakitlik bərqərar oldu, baxmayaraq ki, burada heç kim özünü normal aparmırdı. Şah da ömrünün sonuna kimi ölkəni idarə edə bildi.

 Sizə bir sirr açacağam

Uzun illər sonra sehrbazın nəticəsi yer kürəsindəki bütün suları zəhərləyə bilən iksir hazırladı. Bir gün də bu iksiri çayların birinə tökdü. Bir müddət sonra yer üzərindəki bütün sular zəhərlənmiş oldu. İnsanlar susuz yaşaya bilmədikləri üçün elə vaxt gəldi çatdı ki, bütün insanlar bu zəhərdən dadmış oldular. Tezliklə bir nəfər də ağıllı insan qalmadı. Hətta doğulmamış körpələr belə ana bətnində artıq ağıllarını itirmiş olaraq doğulurdular. Amma insanlar bundan xəbərsizdirlər.  Lakin, bəzən yer üzündə elə insanlar doğulur ki, onlara bu zəhər təsir etmir. Onlar normal doğularaq, normal da düşünərək yaşayırlar. Bu normal insanlar, hətta digər insanlara  onların hərəkət və qərarlarının ağılsız olduğunu anlatmağa çalışırlar. Amma adətən onları ağılsız sanaraq anlamırlar.

Diqqətlə baxın, əminəm ki, ətrafınızda belə "normal" insanlar var, çox vaxt onları "Elə bil aydan gəlmisən", "Sanki bu dünyanın adamı deyilsən", "Hansı zəmanədə yaşayırsan", "Dəlidir bu" kimi ifadələrlərlə qarşılayırıq.

Bir düşünək görək, kimdir ağılsız?  

Sizə bir sirr açacağam
9 may 2014
GO BACK